Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2012
12:35
Natiq Cəfərli
"Meksikaya qoyulacaq 4 milyard dollarlıq investisiya hesabına, xarici ölkələrdə tam təminatlı 10 minlərlə tələbənin təhsil almasına şərait yaratmaq olardı”

Azərbaycan hakimiyyəti Meksikaya 4 milyard dollar civarında investisya qoymağa hazırlaşır. Bəzi siyasilər və ekspertlər bunu eks-prezident Heydər Əliyevin heykəlinin götürülməsi ilə əlaqələndirirlər. Lakin məsələnin maraqlı olan tərəfi isə Azərbaycanla əlaqədardır. Yəni həmin investisiya ilə Azərbaycanda hansı işlər görmək olardı ki, daha da faydalı olsun?

FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə hələ ki, investisiyaların tərkibi, hansı sahələrə qoyulması və həcmi ilə bağlı heç bir informasiya yoxdur. Ölkələr arası danışıqların bir neçə metodu olduğunu bildirən ekspert, “məlum olduğu kimi Meksikada Xocalı ilə bağlı kampaniyalar aparılmışdı. Bundan sonra Xocalı abidəsi ucaldıldı. Eyni halda Heydər Əliyevin heykəlinin ucaldılmasından sonra hakimiyyət Meksika hökumətinə hər hansı bir söz vermişdi”, - deyə bildirdi: “Lakin bu o demək deyil ki, danışıqlarda nə deyilibsə real addımlarda da həyata keçiriləcək. Hətta Meksika hökuməti  özü də anlayırdı ki, deyilənlərin heç olmasa yarısı qədər investisiya qoyulsun. Çox güman ki, Azərbaycan hökuməti Neft Fondu vasitəsilə Meksikanın qiymətli kağızlar bazarında müəyyən addımlar ata bilər. Hazırda neft Fonduna böyük səlahiyyətlər verilib ki, beynəlxalq əməliyyatlar həyata keçirsin. Eyni halda Meksikanın neft qaz sahəsinə də müəyyən yatırımlar qoyula bilər.”

 

Ekspert onu da bildirdi ki, Azərbaycan hakimiyyəti il-ildən ölkəyə qoyduğu investisiyaların həcmini artırır: “Hətta gələn il büdcədə nəzərdə tutulub ki, 19% təmir-tikinti işlərinə daha çox vəsait ayrılsın. Ümumilikdə ölkədə birbaşa investisiya layihələri 7 milyard manatdır. Eyni halda digər vahid mənbələrdən, nazirliklərdən və neft fondundan olan yatırımlarla birgə bu göstərici 10 milyard manata yaxın olacaq."

 

Ayrılan maliyyə ilə bağlı ən böyük problemin investisiya layihələrinin həyata keçirilməsi ilə əlaqədar olduğunu qeyd edən Natiq bəy, investisiya layihələrində ciddi korrupsiya hallarına yol verildiyini bildirdi: “İllərdir ki, yaranan ən böyük problem tenderlərin şəffaf olmaması ilə əlaqədardır. Qanunvericilikdə vardır ki, dövlət büdcəsi hesabına görülən işin qiyməti 50 min manatdan çox olursa həmin layihə tender vasitəsilə həyata keçirilməlidir. Lakin hazırda Azərbaycanda yüz milyon dollarla layihələr heç bir tender elan edilmədən həyata keçirilir. Digər tərəfdən elan edilən tenderlər də şəffaf şəkildə həyata keçirilmir. Belə ki, məmurlara, oliqarxlar və nazirlərə yaxın şəxslərə bu tenderləri udmağa şərait yaradılır. Ölkədə investisiyanın ən böyük problemi budur. ”

 

Ekspert onu da bildirdi ki, ölkədə elm və təhsilə qoyulan investisiyaların həcmi olduqca azdır: “Meksikaya qoyulacaq 4 milyard dollarlıq investisiya hesabına, xarici ölkələrdə tam təminatlı 10 minlərlə tələbənin təhsil almasına kömək etmək olardı."

Məqalədə : Natiq Cəfərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
245

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
156

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
367

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
620

Streslə mübarizə aparmaq üçün 10 təsirli qida

02

İyun
09:59
AİLƏ, SAĞLAMLIQ
531

Xarici valyutaların manata qarşı məzənnələri

02

İyun
09:44
İQTİSADİYYAT
265
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 14:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru