Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2012
09:58
İmişlidə ölüyə əlillik dərəcəsi verildi
Məhəmmədəli İbrahimov Füzuli Ələkbərovu necə aldadıb?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin İmişli rayon 34 saylı Tibbi -Sosial Ekspert Komissiyasında saxtakarlıq faktı ortaya çıxıb. İmişli rayonunda vəfat etmiş şəxsə 6 ay sonra 34 saylı Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən əlillik dərəcəsi verilib.

Belə ki, İmişli rayon Xiyabani küçəsində qeydiyyatda olan Həsənov Xəlil Polu oğlu bu ilin mart ayının 6-da vəfat edib və kənd qəbirstanlığında dəfn olunub. Rayon Mərkəzi Poliklinikasının onkoloqu Ramin Məmmədov bunu bildiyi halda, Xəlil Həsənovun ailəsinə Komissiyadan keçərək əlillik dərəcəsi verilməsi üçün nəzərdə tutulan arayışı verib.

Məlumata görə, R.Məmmədov özü həmin arayışla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon 34 saylı Tibbi - Sosial Ekspert Komissiyasının sədri Məhəmmədəli İbrahimovun qəbuluna gedib. Mövcud prosedura əsasən əlillik dərəcəsi almaq üçün müraciət edən şəxsin müayinəsi komissiya qarşısında həyata keçirilməlidir. Xəstə Komissiyaya gələ bilmədiyi halda o zaman TSEK-in müəyyənləşdirdiyi həkim - ekspert qrupu xəstəni evində müayinə edərərk müvafiq qərar verməlidir. Amma belə bir komissiya bir neçə ay əvvəl ölmüş şəxsin evinə göndərilmir. Səbəb isə TSEK-nın sədri Məhəmmədəli İbrahimovun belə bir xəstənin olmadığını və 6 mart tarixində öldüyünü bilməsi olub.

34 saylı TSEK-ın qəbul etdiyi qərar Məhəmmədəli İbrahimov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilərək müvafiq idarədə rəsmi olaraq təsdiqlədib.

Sayt qeyd edir ki, beləliklə saxta sənədin rəsmi qeydiyyata alınması üçün nəinki 34 saylı TSEK, bütövlükdə nazirlik saxtakarlığa çəkilib: “Belə olduqda 34 saylı TSEK sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Fizuli Ələkbərovu aldadıb”.

Məlumatda o da qeyd edilir ki, Məhəmmədəli İbrahimov məsələdən xəbərdardır və heç bir narahatlıq keçirmir: “Diqqəti çəkən başqa bir fakt isə ondan ibarətdir ki, TSEK-dən saxta əlillik dərəcəsi verilməsinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev bu saxtakarlığa göz yumub. 6-7 ay bundan öncə vəfat edən birinin ailəsinə saxta yollarla ayrılan təqaüdün alınmasına şərait yaradıb.

Təbii ki Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun da üzərinə məsuliyyət düşür ki, ən azından yerlərdə bu kimi saxta hərəkətlərə göz yuman əməkdaşlarını cəzalandırsın. Azərbaycan Respublikası Baş Prokrorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yəqin ki, bu faktı araşdıracaq və günahkarların cəzalandırılması yönündə addım atacaq”. Vətəninfo

http://www.aznews.az/photosession/olu%20adam%20pensiya.jpg

http://www.aznews.az/photosession/olu%20adam%20pensiya22.jpg

http://www.aznews.az/photosession/olu%20adam%20pensiya33.jpg

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
162

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
175

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
210

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
349
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 23:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru