Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2012
14:46
Natiq Cəfərli
“Seçki təkcə hakimiyyətin təyin etdiyi gündən ibarət deyil”

2013-cü ildə keçiriləcək prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədəki ictimai-siyasi vəziyyəti daha da gərginləşir. Bəzi ekspertlər hesab edirlər ki, prezident seçkiləri ərəfəsində gözlənilən aktiv siyasi proseslər vaxtından tez baş verə bilər. FaktXeber.com-un “ölkədə və regionda baş verən proseslər Azərbaycandakı siyasi situasiyanın sürətlə dəyişməsinə səbəb ola bilərmi? ”, - sualını cavablandıran REAL Vətəndaş Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirdi ki, ölkədə illərdir seçkiyə yanaşma metodu səhvdir: “Hamıda belə bir təsəvvür yaranıb ki, seçki yalnız  hakimiyyətin təyin etdiyi təşviqat-təbliğat dövründən və seçki günündən ibarətdir. Lakin əslində bu belə deyil. Normal siyasi sistemi olan ölkələrdə seçkinin bitdiyi günün səhəri o biri seçkinin yarışması başlayır. Azərbaycanda isə bu ənənə və faktor yoxdur. Amma bu ənənəni yaratmaq lazımdır. ” 

Seçkiyə çox az bir müddətin qaldığını bildirən Natiq bəy, “indidən seçki ilə bağlı siyasi proseslər fəallaşmasa, 2 ay qalmış bu fəallığın mahiyyəti itəcək. Çünki bunu deməyə 20 illik təcrübə əsas verir. Ona görə siyasi proseslərin vaxtından əvvəl fəallaşmasını təbii hesab edirəm”, - deyə bildirdi: “Seçkiyə 11 ay qalmış ictimaiyyət arasında seçki ilə bağlı diskussiyaların fəallaşması və müzakirələrin fəallaşması təbiidir. Digər tərəfdən Azərbaycan dünyadan təcrid edilmiş ada dövləti deyil. Təbii ki, ətrafda baş verən hadisələrin bu və digər formada Azərbaycana da təsiri var. Çox güman ki, ətraf ölkələrdə və regionda baş verən hadisələrin 2013 seçkilərində də mühüm rolu olacaq. Lakin hamımızın istəyi budur ki, bu proseslərdə əsas rolu Azərbaycan xalqı oynasın. Nəyinki xarici qüvvələrin altına düşən siyasi oyunçular.”

Məqalədə : Natiq Cəfərli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
240

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
151

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
367

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
615

Streslə mübarizə aparmaq üçün 10 təsirli qida

02

İyun
09:59
AİLƏ, SAĞLAMLIQ
531

Xarici valyutaların manata qarşı məzənnələri

02

İyun
09:44
İQTİSADİYYAT
265
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 14:07





  [email protected]mail.com

Valyuta.com

Рейтинг@Mail.ru