Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

21 Noyabr

2012
15:47
1347
Əli Həsənovun oğlu kino çəkir
Şamxal Həsənli İranlı kinematoqraflarla birlikdə iki teleserial üzərində işləyir

Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə hazırlanan teleserial çəkilir. Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub. “Aydın” və “Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq. Bu barədə ANS-ə a serialları çəkən “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənli məlumat verib. Şamxal Həsənli açıqlayıb ki, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” əsərinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Rüstəm İbrahimbəyovun kino məktəbinin tələbəsi Nərgiz Bağırzadə çalışır.

Hazırda filmin aktyor heyətinin seçimləri gedir. Şirkət rəhbəri onu da əlavə edib ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib.
Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir-təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi…

Filmin ssenari müəllifi İlqar Fəhmidir. İranlı bəstəkar Hamid Sabet seriala musiqi yazıb.

Qeyd edək ki, İran kino adamları sentyabr ayında “Nizami” kinoteatrında nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən Azərbaycan tamaşaçısına tanışdır.

Sözügedən film “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan “Su başında durmuşuq, çinarla mən” filmi Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınıb.

Sənədli kino hekayətinin ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edəni Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifətdir.

Qeyd edək ki, Şamxal Həsənli Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun oğludur.



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
69

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
366

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
111

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
64

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 06:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru