Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2012
15:56
Bakı məktəblərində reydlər aparılacaq
Reydlərə gələn həftənin ortalarından start veriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələn həftənin ortalarından orta məktəblərdə reydlər keçirməyə başlayacaq. Bunu Trend-ə BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, reyd zamanı şagirdlərin vahid məktəbli formasına keçidi məsələsi araşdırılacaq.

Əliqızı deyib ki, şagirdlərin vahid forma geyinməsi icbaridir və onlar mütləq belə geyim formasında məktəbə gəlməlidirlər. Ancaq şagirdlərin vahid məktəbli forması geyinməməsi onların təhsildən kənarlaşdırılması ilə nəticələnməyəcək.

"Reydlər zamanı hər hansı şagirdin vahid formada məktəbə gəlməməsi aşkarlanarsa, bu barədə iradlar məktəb rəhbərliyinə bildiriləcək. Çünki bu prosesə məktəb rəhbərliyi ciddi nəzarət etməlidir",-Əliqızı deyib.

Onun sözlərinə görə, reydlər məktəblərdə əvvəldən xəbərdarlıq edilmədən, KİV nümayəndələrinin iştirakı ilə aparılacaq. Bu tədbirlər bütün bir necə gün ərzində yekunlaşacaq. Reydlər zamanı məktəbin istilik sistemi ilə təminatı məsələlərinə də diqqət yetiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
287

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
733
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 05:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru