Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2012
12:21
Bakıda Qədir-Xum günü münasibətiylə tədbir keçirildi

İslamın ən böyük bayramlarından olan Qədir-Xum münasibətiylə Bakıda böyük bayram tədbiri keçirilib. Tədbir Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə baş tutub. AİP funksioneri İnqilab Əhədli giriş sözü ilə çıxış edərək, İslam dünyasının ən müqəddəs bayramlarından olan Qədir-Xumu haqqa beyət günü adlandırıb. Daha sonra isə partiyanın həbsdə olan sədri Mövsüm Səmədovun təbrikini toplantı iştirakçılarına çatdırıb.

Sonra söz DEVAMM sədri Hacı İlqar İbrahimoğluya verilib. O, Qədir-Xum gününün əhəmiyyətindən danışaraq, «bu hadisə baş verməsəydi, Peyğəmbərin nübüvvəti yekuna çatmayacaqdı», - deyib: «Orda bildirilir ki, səninlə İlahi İmamət bitmir. Yəni Peyğəmbər sonuncu elçi olsa da, ondan sonra 14 əsr ərzində, hazırda da, bundan sonra da zamanın İlahi Sahibi var. Və hər kəs özünü onun xidmətində bilməlidir.»

Tədbirdə çıxış edən Yaşıllar Partiyasının sədri Mayis Güləliyev də bu hadisənin tarixi nəzərdən çox mühüm adlandırıb: «Bu günün ən böyük dəyəri - gələcək üçün olması, siyasəti - bütün müsəlmanları bir nöqtə ətrafında birləşməsi, ən mühüm dəyəri - Əhli-beyt şəxsində əxlaqın mənimsənilməsidir. Heç bir cəmiyyət əxlaqdan kənarda formalaşa bilməz. Əxlaqi dəyərlər isə məhz dini dəyərlərdir».

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da Qədir-Xum bayramını «Qardaşlar günü» adlandıraraq, Həzrət Əlinin fəzilətindən danışmağa bir ömrün bəs etmədiyini bildirib: «Bu gün o İmam haqqında xristian alimi Corc Cordaqın «Həzrət Əli(ə) həqiqətən ədalət və insanlıq rəmzidir» sözlərini çatdırmaq istərdim.  Əgər xristian alim Əli əleyhissəlama bu qədər dəyər veribsə, onun üçün bu qədər ağlayıbsa, gəlin özümüzü də bu gözəllikdən məhrum etməyək. Məşhur alim kitabın sonunda qeyd edir ki, «qoy dünya oğulsuz qalaydı, analar bir daha oğul dünyaya gətirməzdi, ya Allah, ancaq Əlini bir də dünyaya gətirəydin»».

Növrəstə xanım Qədir Xum gününə başqa məna vermək istəyənlərə isə üzünü tutub dedi: «Allah-Təala iki nəfərin dostluğu üçün heç vaxt Ərəbistanın isti düzəngahında, susuz-ələfsiz yerdə Peyğəmbəri dayandırıb deməzdi ki, əmrimi çatdır, əgər çatdırmasan risalətin yarımçıq qalacaq».

AXCP funksioneri Razi Nurullayev isə diqqəti başqa məsələyə yönəltməyin vacibliyini vurğulayıb: «İslam bizə çatdırıldığı qaydada əməl olunsaydı, bu gün sosial, iqtisadi, siyasi problemlər yaşanmaz, özlərini ateist adlandıranlar Əhli-Beytə hədyanlar yağdırmazdı. Nə 22 ərəb dövlətində, nə müsəlman dünyasında, o cümlədən Azərbaycanda birlik yoxdur. Ən çox ac insanlar müsəlman dünyasında yaşayır. Amma Allahın göndərdiyi Quranda bizə deyilir ki, əl tutun, savab iş görün.»

Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı Həzrət Əlinin şücaəti və elmindən danışıb: «Onda olan bu xüsusiyyətlərdən hansının daha üstün olduğu bu gün də mübahisə mövzusudur. Lakin Həzrət Əlinin «ağıl olan yerdə gücə ehtiyac yoxdur», - deməsi, elmə necə dəyər verdiyinin nəticəsidir». O, bütün müsəlmanlara Peyğəmbərin, Həzrəti Əlinin sözünü əməl edərək təhsil olmağı, elm öyrənməyə çağırdı.

Tədbir daha sonra digər iştirakçıların çıxışı ilə davam etdirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
578

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 02:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru