Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2012
09:39
Bu gün Milli Məclisin qarşısında piketdir
İctimai Palata mürtəce dəyişikliklərə «yox» deyəcək

İctimai Palata bu gün saat 12-də Milli Məclisin qarşısına piket planlaşdırıb. Piket parlamentdə icazəsiz aksiyalara görə sanksiyaların sərtləşdirilməsini, cərimələrin dəfələrlə artırılmasına etiraz olaraq keçiriləcək. Aksiyada “Sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya yox deyirik!”, “Aksiya keçirmək bizim haqqımızdır” və başqa şüarlar səsləndirmək nəzərdə tutulub.

İctimai Palata piketlə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etsə də, meriya aksiyaya razılıq verməyib. Şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmək istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib. Bununla belə Ictimai Palata aksiyanı keçirməkdə israrlıdır. İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusifov “Azadlıq”a bildirib ki, aksiya mütləq olacaq. Onun sözlərinə görə, Koordinasiya Şurasının dünənki iclasında bu məsələ xüsusi müzakirə olunub. “Qərara almışıq ki, piket qanunvericiliyə uyğun olaraq 50 nəfərin iştirakı ilə keçirilsin. Aksiyada Ictimai Palatanın, qurumda təmsil olunan partiyaların fəalları iştirak edəcəklər”,- deyə o, bildirib.

Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov isə APA-ya bildirib ki, Bakı polisi İctimai Palatanın Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq”.

Axşam saatlarında isə aksiyanın təşkilatçıları AXCP fəalı Ramiz Əhədov, Müsavat Gənclər Təşkilatının üzvü İdris Əmiraslanlı və Vətəndaş Həmrəyli Partiyasının üzvü Azər Canıyev BŞBPI-nə çağırılıb. Ramiz Əhədovun “Azadlıq”a verdiyi məlumata görə, onları rəis müavini Səhlab Bağırov qəbul edib: “Səhlab Bağırov meriyanın piketə icazə vermədiyini əsas gətirərək aksiyanın keçirilməsinin qanunsuz olduğunu deyib və bizə xəbərdarlıq edib. Biz də öz növbəmizdə bildirmişik ki, piket keçirmək bizim konstitusion hüququmuzdur. Görüşdə bizə xəbərdarlıq aldığımız barədə sənədə imza atmalı olduğumuzu bildirdilər. Biz isə bundan imtina etdik”.

"Azadlıq"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
536

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
657

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru