Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2012
09:52
ATƏT-in Minsk qrupu həmsədrləri Paris görüşü haqda bəyanat yayıb
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü ilə bağlı bəyanat yayıb

Bəyanatda həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıblar. Onlar nazirlərə sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər.

Xarici işlər nazirləri isə sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını təkrarlayıblar.

Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.

NAZİRLƏR GÖRÜŞÜB

Oktyabrın 27-də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edward Nalbandian arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb.

Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.

Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61092

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58839

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60527

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60155

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65704

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59974

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60151
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2021 10:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru