Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2012
13:35
Amerikalı ekspert: `ATƏT-in Minsk Qrupu indiki kimi fəaliyyət göstərəcəksə, heç kimə lazım deyil`
"ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndə təyin etməlidir"

“ATƏT-in Minsk Qrupu öz lazımsızlığını göstərdi, əgər indiki kimi fəaliyyət göstərəcəksə, o heç kimə lazım deyil”.

Bu fikirləri Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor Bakıda keçirilən Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunda islahatlar aparılmalı, ABŞ bu müstəvidə Rusiya ilə müqayisədə daha aktiv rol oynamalıdır.

“Hesab edirəm ki, ABŞ prezidentinin yüksək səviyyəli xüsusi elçi təyin etməsi ço effektiv olardı. Dnestryanı münaqişənin nizamlanmasında iştirak edən Almaniyanın təcrübəsindən istifadə də faydalı olardı. Azərbaycan Qərbə doğru inteqrasiya götürüb və bununla əlaqədar Rusiya və İran tərəfindən risklərlə üzləşib”.

Ekspert bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın Azərbaycan siyasətinin əsas prioritetləri sırasına daxil edilməyib və münaqişənin nizamlanması üçün bu vəziyyəti dəyişmək lazımdır: “ABŞ etnik təmizləmələrin qarşısını almaq üçün Kosovo, Bosniya, hətta Xorvatiyada əməliyyatlar keçirib, lakin Dağlıq Qarabağa münasibətdə belə addım atmayıb. Bunu etməməsinin səbəbi Rusiyanı və güclü erməni lobbisini qıcıqlandırmamaqdır. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Rusiya ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir”.

Vladimir Sokor Xankəndi aeroportunun istismara verilməsini Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib. \APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
247

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
301

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
548
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 07:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru