Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2012
14:40
Dini Komitənin sədri ATƏT nümayəndələri ilə görüşüb
Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunə ola bilər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumatda bildirilir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan ATƏT-in Fəaliyyətdə olan Sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin MakGinnes və Ravin Endryu Beykerlə görüşüb.

Görüş zamanı Azərbaycanda dini, milli və irqi məsələlərdə tolerantlıq müzakirə olunub. Komitə sədri ATƏT nümayəndələri ilə görüşdə bildirib ki, bu gün ölkəmizdə istər dini, istərə də milli və irqi ayrı-seçkilik yoxdur. “Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcudur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilslər, o cümlədən Azərbaycan üçün yeni olan kotolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəz dini icmalar arasında münasibətlərin tolerantlığın ötəsində olaraq qarşılıqlı hörmət səviyyəsində inkişafının bariz nümunəsinin şahidi olacaqsınız.” – deyə Komitə sədri vurğulayıb.

ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamısından məmnunluğunu ifadə ediblər. Bildirilib ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyildir. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Dövlət komitəsnin sədri bu məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər.

Görüşdə həmçinin ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Tolerantlıq və Qeyri-ayrı seçkilik İdarəsinin və Dövlət Komitəsinin  məsul əməkdaşları iştirak ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
242

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
300

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 06:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru