Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2009
15:24
Medvedev qaydaları pozduğundan cərimələnəcək
Yekaterinburq sakini Rusiya prezidenti D.Medvedevi yol hərəkəti qaydalarını pozduğuna görə, Moskva Şəhər Yol Polisi İdarəsinə (MŞYPİ) şikayət edib

FaktXəbərin Rusiya mediasına istinadən verdiyi məlumata görə, buna prezidentin sükan arxasında olarkən təhlükəsizlik kəmərini taxmaması səbəb olub. “Vesti” telekanalında efirə verilən reportajda Rusiya ilə Argentina milli futbol yığmalarının yoldaşlıq görüşünə baxdıqdan sonra sükan arxasına əyləşən prezidentin  kəmər taxmaması videokameralardan yayınmayıb. “Kommersant” qəzetinin yazdığına görə, prezidenti MŞYPİ-nə şikayət edən şəxs sözügedən süjetə baxan Regionlararası İnsan Hüquqları Mərkəzinin mətbuat katibi Vyaçeslav Başkovdur. Müsahibəsində V.Başkov prezidentin belə davranışından dolayı təəssüfləndiyini bildirərək, onun hüquqa riayət etmək xüsusunda örnək təşkil etməli bir insan olduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, MŞYPİ V.Başkovun şikayətini avqustun 14-də qəbul edib. Rusiya qanunlarına görə, şikayətə 10 gün ərzində baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Federasiyanın Yol Hərəkəti Qanununda nəzərdə tutulduğuna görə, təhlükəsizlik kəmərini taxmayan sürücünü 500 rus rublu məbləğində cərimə gözləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8657

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7389

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9024

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8889

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13292

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8628
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 20:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru