Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2011
16:58
`AVRO-5` STANDARTINA UYĞUN BENZİN İSTEHSAL EDƏCƏYİK
"Azərbaycanda "Avro-5" standartına uyğun benzinlərin istehsalına başlanılacaq"

"Ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq". FaktXeber.com-un verdiyi məlumata görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bunu üçün hazırda şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması Hökumət tərəfindən ARDNŞ-ə həvalə edilib. Hazırda "Technip", "Foster Wheeler" və "UOP" kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır.

R.Abdullayev bildirib ki, kompleks inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi həm də Bakının ekoloji durumunun yaxşılaşması, emal dərinliyinin və alınan məhsulların çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq.

ARDNŞ-in prezidenti qeyd edib ki, Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən zavodda 2623,4 milyon kubmetr qaz emal edilərək 2592,8 milyon kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunmuşdur. Zavodun modernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır.

Nicat Xaliqoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54496

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52614

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54009

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53749

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59179

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53449

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53828
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 20:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru