Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2009
15:23
Medvedev Yuşşenkonu ağ yuyub qara sərdi
"Dostluğu bir tərəfə buraxaraq, Rusiya əleyhdarı siyasətə başladın"

FaktXəbərin verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev, Ukrayna prezidenti Viktor Yuşşenkonu rus əleyhdarı siyasət aparmaqda günahlandırıb. Medvedev buna səbəb olaraq, ölkəsinin yeni Kiyev səfiri Mihail Zurabovun vəzifəyə başlamasını da təxirə salıb.

Dövlət başçılığına aid Kremlin.ru internet saytındakı video bloga danışan Medvedev, Yuşşenkonun Rusiya ilə daha əvvəl imzalanan dostluq və ortaqlıq qanunlarından uzaqlaşdığını və rus əleyhdarı siyasətə başladığını qeyd edib. Medvedev, "Təbii daha əvvəl də ikili əlaqələrdə bəzi problemlər vardı. Bu Sovetlər Birliyinin dağılmasından sonra ortaya çıxan təbii bir müddətin nəticəsi idi. Çünki iki suveren ölkə arasında əlaqələrin qurulması söz mövzusu idi. Lakin sizin prezidentlik illərinizdə biz Ukrayna tərəfinin 1997-ci ildə imzalanan Rusiya ilə dostluq və ortaqlıq razılaşması qanunlarından uzaqlaşdığının şahidi oluruq" -deyə qeyd edib.

MEDVEDEV: "TİFLİSİN İŞLƏDİYİ CİNAYƏTİN MƏSULİYYƏTİ SİZƏ DƏ AİDDİR!"

Rusiya prezidenti Gürcüstanın Cənub Osetiyaya istiqamətli hərbi əməliyyatı əsnasında Kiyevin Rusiya əleyhdarı tutumunu da sərt tənqid edib. Medvedev, "Saakaşvili rejiminin Cənub Osetiyaya istiqamətli barbarca hücum etməsi sıralarında Ukrayna, Rusiya əleyhdarı bir mövqe götürdü. Kyiev Gürcüstan ordusunu silahlandırdı. Bu gün də bu silah sövqiyyatını yarıda buraxmağa niyyətləri yoxdur. Tiflisin işlədiyi cinayətin məsuliyyəti sizə də aiddir" - deyə bildirib.

Medvedev, Yuşşenko rəhbərliyinin NATOya üzvlüyüylə əlaqədar israrlı davranışlarına da diqqət çəkərək, çox sayda Ukrayna vətəndaşlarının buna tamamilə qarşı çıxdıqlarının vurğulayıb. Ukrayna liderinin ölkənin təhlükəsizliyi üçün "Rus təhlükəsi"nə qarşı NATO üzvlüyü tezisinə reaksiya verən Medvedev, "Sizlər daha yaxşı bilirsiniz ki, Ukrayna üçün Rusiya təhlükəsi söz mövzusu ola bilməz" - dedə vurğulayıb.

Medvedev, Ukrayna rəhbərliyinin öz bölgəsində olan Qara Dəniz Rus Donanmasının fəaliyyətini çətinləşdirməkdən heç cür imtina etmədiyinə də işarə edib. Medvedevə görə, Kiyevin Moskvaya istiqamətli tətbiq etdiyi təbii qaz siyasətində başda Rusiya və Ukrayna olmaqla bir çox Avropa ölkəsi də zərər görüb.

Medvedev Yuşşenkonun Rusiya əleyhdarı siyasəti səbəbiylə ölkəsinin çiçəyi burnundakı Kyiev səfiri Mixail Zurabovun vəzifəyə başlamasını da təyin oluna bilməyən bir tarixə təxirə saldığını açıqlayıb. Rus lider, "rusiya-Ukrayna əlaqələrindəki inkişafları göz qarşısında saxlamaq şərtiylə Səfir Zurabovun vəzifəyə başlaması müddəti daha sonra təyin olunacaq"- şəklində danışı.

Medvedev, Ukrayna və Rusiya xalqlarının əzəli qardaş xalqlar olduğunu da əhəmiyyətlə vurğulayaraq, "Biz yalnız qonşu deyilik, eyni zamanda da qardaş xalqıq. Başqalarının geopolitik proyekt və ya siyasi kariyeri uğruna bizim xalqların arasını pozmamaq məsul dövlət səlahiyyətlilərinin başlıca vəzifəsi olmalıdır. Ukrayna və Rusiya xalqları arasındakı dostluğu nəyin bahasına olursa olsun qorumaq lazımdır" deyə vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5607

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4568

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6139

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6170

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8072

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5901
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 06:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru