Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2011
10:44
NETANYAHUDAN SON TÜRKİYƏ AÇIQLAMASI
İsrail rejiminin baş naziri Binyamin Netanyahu, "Türkiyə ilə əlaqələrdəki son vəziyyət bizim seçimimiz deyil", - deyə bildirib.

FaktXeber.com saytının verdiyi məlumata görə, Netanyahu, iki ölkə əlaqələrinin normallaşmasını istədiklərini bildirib.

İsrail radiosunun xəbərinə görə, Netanyahu, Hayfada dəniz qüvvələri kursantlarının diplom təqdim etmə mərasimində çıxışı zamanı bildirib ki, "Türkiyə ilə əlaqələrdəki son vəziyyət bizim seçimimiz deyil. Bizim türk millətinə və türk ənənələrinə hörmətimiz böyükdür və əlaqələrin düzəlməsini istəyirik."

Həmçinin Netanyahu qeyd edib ki,  "Bununla birlikdə, yüksək səslə və açıqca söyləyirəm ki, haqlı və doğru yolda olmamız, bizim ən böyük strateji xəzinəmizdir."

Qeyd edək ki, Türkiyə ilə İsrail rejimi arasında  əlaqələr İsrail in Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hücum etməsindən sonra pisləşmişdi. Rəsmi Türkiyə İsrail rejimindən törətdiyi qəliama görə, türk xalqından üzr istəməsini tələb ettmişdi. Lakin İsrail tərəfi bu təlbi rədd etmişdi. Bundan sonra Türkiyə İsrail səfirini ölkədən çıxararaq hərbi razılaşmaları dondurmuşdu.

Xatırladaq ki, Türkiyənin bu addımı ölkə müxalifəti tərəfindən birmənalı qarşılanmamışdı. Belə ki, Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu Türkiyə iqtidarının attdığı bu addımı İsarili müdafiə kimi xarakterize edib. İqtidar bununla Türkiyədə yerləşdiriləcək raketdən müdafiə sistemini ört-basdır etmək niyyətindədir.

Emin Nəsirli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4545

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3120

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2481

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2060
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 10:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru