Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2011
11:38
`VENESUELLADA `LİVİYA MODELİ` HƏYATA KEÇMƏYƏCƏK`
Bu barədə Venesuellanın prezidenti Uqo Çaves tərəfdarlarının toplandığı prezident sarayının qarşısındakı Miraflores meydanında deyib

Faktxeber.com saytının verdiyi məlumata görə, Venesuellanın prezidenti Uqo Çaves müxalifətin Venesuella torpaqlarında «Liviya modelini» həyata keçirə bilməyəcəklərini deyib.
Cümə günü tərəfdarlarının toplandığı prezident sarayının qarşısındakı Miraflores meydanında Venesuella prezidenti qeyd edib ki, Liviyada baş verən  faciəvi hadisələrin vətənində də olmasına yol verməyəcək: «Bəzi miskinlər (Çaves müxalifəti belə adlandırır) deyirlər ki, bizdə də  Liviyadakı hadisələr baş verəcək. Və özləri də bu istiqamətdə çalışırlar. Onlar hesab edirlər ki, Çaves də Qəzzafidi, axı ikimiz də polkovnikik».
Özünün Venesuella ordusunun Ali baş komandanı olduğunu xatırladan prezident heç bir halda Liviya səhnəsinin ölkəsində təkrarlanmasına yol verməyəcəyini deyib.
Bolivarian inqilabının lideri insanlara müraciəti zamanı səhhəti ilə bağlı məsələyə də toxunub: «Kimyəvi terapiyanın üçüncü kursu artıq bitib. Həkimlər orqanizmimdə bədxassəli hüceyrələrin olmadığını deyirlər. Bununla belə, həkimlər məsləhət görsələr, kimyəvi terapiyanın 4-cü kursunu da götürəcəyəm. Özümü günü-gündən yaxşı hiss edirəm. Sağ olsun həkimlər!»

Emilya

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
563

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
425

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
515

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 05:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru