Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2011
14:10
FLYDUBAİ RAMAZAN AYINDA UÇUŞLARIN SAYINI ARTIRDI
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti bir ay ərzində iki təyyarə əldə edərək, hava donanmasını sayını 19-a çatdırdı

Şirkətdən FaktXeber.com-a verilən məlumata görə, cari ildə aviaşirkət artıq 8 təyyarəyə sahib olub. ABŞ-ın Siyetl şəhərindəki təyyarə zavodunda inşa edilmiş  Boeing 737-NG800 artıq Dubaydadır və şirkətin 38 istiqamətlik uçuş marşrutuna əlavə olunacaq. Yeni təyyarənin alınmasını  şərh edən flydubai şirkətinin Baş meneceri Qeyt Əl Qeyt deyib: ““Yeni təyyarə tam vaxtında  istismara buraxılıb. Biz daim uçuş şəbəkəmizi inkişaf etdiririk. Donanmamızın genişlənməsi, şübhəsiz ki, öz bəhrəsini gələcəkdə verəcək”.

Yeni, dəyəri 80 mln. ABŞ dolları olan Boeing 737-800 NG, Farnboro aviasərgisində flydubai-ın 50 ədəd təyyarə sifarişi çərçivəsində şirkətə çatdırılmisdır. Bu flydubay sərnişinlərin rahatlıq və komfortu üçün yeni Sky Interior dizaynı və Fibre-To-The-Screen mütərəqqi əyləncə sistemi ilə təchiz edilmiş sayca 12-ci Boeing təyyarəsidir. “Dünyanın ən sürətlə inkişaf edən aviaşirkəti olaraq, flydubai daim xidmətlərinin təkmilləşməsi üzərində işlər aparır. Artiq təyyarələrimizin 60% ən müasir əyləncə sistemləri ilə təchiz edilib. Sərnişinlərimiz bundan belə uçuş zamanı ən müasir texnoloji formatlı kinofilmləri seyr edə biləcəklər.” - Qeyt Əl Qeyt əlavə etmişdir.

Dubayın ilk qənaətcil aviaşirkəti marşrut şəbəkəsinin daim inkişaf etdirməsi sayəsində ən müasir donanmaya sahib olub. Donanmanın genişlənməsi şirkətin inkişafında vacib rol oynayaraq, sərnişinlərə daha yüksək xidmət göstərməyə imkan yaradır.

Flydubai uçüşların əlverişli, qiymətlərin isə münasib olmasına çalışır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

Əli Hüseynli

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
61

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
60

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
90

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
166

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
160

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru