Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2011
11:43
VENESUELLADA 20 MİN MƏHBUS AZADLIĞA BURAXILACAQ
Məhbusların kütləvi azadlığa buraxılma səbəbi türmələrin dolmasıdır

Faktxeber.com saytının verdiyi məlumata görə, Venesuella hökuməti ölkə üzrə olan məhbusların demək olar ki, yarısını azadlığa buraxmaq qərarına alınıb. Venesuella Penitensiar Xidmətinin rəhbəri  İris Varela bu barədə qərarın xırda cinayətlərə görə həbs olunan 20 min məhbusa şamil olunacağını bildirilib ki, bu da təqribən 40 faiz edir: «İctimaiyyət üçün  təhlükə sayılmayan insanları cəzaçəkmə müəssisələrində saxlamağın mənası yoxdu». O, buraxılanların siyahısında oğruların da olacağını deyib.
Real həbs müddətinin şərti cəzalarla dəyişdirilməsi Ali Məhkəmə nümayəndələrinin avqustun 1-də keçiriləcək iclasında müəyyənləşəcək. Varelanın planına əsasən, ölkənin hər bir həbsxanasından məhkəmə sistemindən 5-6 nümayəndə ilə xüsusi tribunal yaradılacaq ki, burada minlərlə məhbusların taleyi haqqında qərar qəbul olunacaq. Varela bildirib ki, ilk olaraq  ictimaiyyət tərəfindən  məhbusların saxlanılma şəraitinin pozulmasına görə daha çox qınaqla qarşılanan «La- Planta», «Uribana» və «Sabaneta» həbsxanasında olan məhbuslar azadlığa buraxılacaq.
Məhbusların kütləvi azadlığa buraxılma səbəbi türmələrin dolmasıdır. 14 min nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrində hazırda 50 min insan saxlanılır. Venesuella hüquqmüdafiəçilərinin məlumatına görə, təkcə son ildə pis şəraitə və çoxlu buntlara görə cəzaçəkmə müəssisələrində 500 insan həyatını itirib.
Venesuella prezidenti Uqo Çaves tərəfindən bir neçə həftə öncə vəzifəyə təyin olunan  İris Varela «El Rodeo»  həbsxanasında baş verən buntdan sonra  bu barədə islahatların aparılmasını bildirib. Xatırladaq ki, toqquşma zamanı 30 məhbus həyatını itirmişdi. Həbsxana polislərin nəzarətinə isə yalnız iyulun ortalarında keçə bilmişdi. Buntun yatırılması üçün  4000-ə yaxın mili ordunun hərbçiləri  iştirak etmişdi.

Emilya


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru