Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2011
11:15
RUSİYADA GƏMİNİN BATMASI 9 NƏFƏRİN HƏYATINA SON QOYUB
Qəza nəticəsində 7 nəfər yaralanıb, 9 nəfər isə ölüb.

Faktxeber.com-un verdiyi məlumata görə, dünən gecə Moskva çayında yük gəmisi ilə sərnişin gəmisinin toqquşması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Sərnişin gəmisində 2-si türk olmaqla 16 nəfər sərnişin olub. Qəza nəticəsində 7 nəfər yaralanıb, 9 nəfər isə ölüb. Ölənlər arasında türklərin olmadığı bildirilir.

Hadisə zamanı suyun dibinə batan sərnişin gəmisi Rusiya Fövqalədə Hallar nazirliyinin əməkdaşları tərəfindən çıxardılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumatda bildirilir ki, araşdırmalardan sonra gəmi limana aparılacaq. Digər tərəfdən bir nəfər sərnişinin itgin düşdüyü bildirilir. Rus mətbuatından yayılan məlumata görə, sərnişin gəmisində olanların hamısı sərxoş olublar. Hadisənin də məhz bu səbəbdən baş verdiyi qeyd edilir.
Lakin rəsmilərin verdiyi məlumata görə, gəminin batmasına səbəb gəmiyə normaldan artıq sərnişinin minməsi olub.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən 50 yaşlı gəmi kapitanı Qennadir Zinqer bir neçə dəfə gəmiyə artıq sərnişin mindirməsinə görə cəzalandırılıb.

Emin Nəsirli



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4533

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3633

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5356

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5394

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6631

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5131
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 18:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru