Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2009
14:39
Medvedevdən məktəblərdə dini təhsilə üçlü düstur
FaktXəbərin verdiyi məlumata görə, Rusiyada son illərdə müzakirə edilən məktəblərdə din və əxlaq mədəniyyəti təhsilinin verilməsi ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedevdən həll təklifi gəlib.

FaktXəbərin verdiyi məlumata görə, Rusiyada son illərdə müzakirə edilən məktəblərdə din və əxlaq mədəniyyəti təhsilinin verilməsi ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedevdən həll təklifi gəlib. Medvedevin 18 bölgədə pilot olaraq tətbiq olunması planlanan təklifində üç ayrı alternativ təqdim edilir: Birincisi, dövlətin rəsmi dini sayılan Xristianlıq, Müsəlmanlıq, Yəhudilik və Buddizm dinlərindən birini seçən şagirdlərə öz dinləri öyrədiləcək. İkincisi, dörd dinin qarışığından ibarət olan əxlaq məlumatı formatında bir dərs yaradılacaq. Üçüncü formatda dinlə əlaqəsi olmayan, yalnız etik dəyərlərin iştirak etdiyi bir tədris planı hazırlanacaq. İstəyən şagird bu üç dərsdən birini seçə biləcək.

Şagird və vəlilərin özlərinin qərar verməsi lazım olduğuna toxunan Medvedev, "Ehtimalla çoxsəsli Rusiya dini həyatının öyrədiləcəyi dərslərə maraq çox olacaq. Bu şagirdlər üçün ölkəmizin ənənəvi dinlərinin tarixi ilə dərsliklər də hazırlana bilər." deyə bildirib. Növbəti dər ilində başlaması nəzərdə tutulan din təhsilində, üç il sınağın ardından bütün ölkədə tətbiqə keçiləcək.


Medvedevə görə, dinlə əlaqəli olmayanlar üçün də dünyəvi etik mədəniyyət dərsi verilməsi lazımdır. Hər şeyin könüllülük əsasına görə tətbiq olunması lazım olduğunun vurğulayan Rusiya lideri, "Bu mövzuda məcburetmə quruluşu olmaz." Rusiya lideri, din dərslərinin milli təhsil nazirliyinə tabe müəllimlər tərəfindən verilməsini lazım olduğunu da qeyd edib. Mütəxəssislər Sovetlər Birliyi dövründə onlarla il dindən uzaq yetişən Rus xalqı üçün, əhəmiyyətli bir inkişaf olaraq xarakterizə edir.

Rusiya dövlət başçısı Medvedev Moskvanın xaricində olan Mein Dorf dövlət rezidensiyasında UNESCO başçısı Koiçiro Matsuura və UNESCO Dinlərarası Dialoq Qrupunun nümayəndələrini qəbul edib. Yığıncağa Vatikan təmsilçisi baş yepiskop Antonio Spermanı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı Allahşükür Paşazadə, Yəhudi camaatı nümayəndəsi Artar Şnayer, Rusiya Ortodoks Kilsəsi patriarxı Kiril, Rusiya Müftilər Şurası başçısı Ravil Qaynuddinlə birlikdə bir çox din adamı qatılı.b

Rusiyada Müsəlmanlıq Konstitusiyaya görə Xristianlıq, Yəhudilik və Budizmlə birlikdə rəsmi din olaraq qəbul edilir. Rusiyada İslam İnstitutu və İmam Natiq tərzi təhsil verən liseylərlə din təhsili verilməyə çalışılır. Məktəblərdə din təhsilinin verilməsi ilə əlaqədar Rusiya Ortodoks Kilsəsi ilə Rusiya Müftiliyi arasında müzakirələr davam edir. Rusiya müsəlmanlarının normal həyatda böyük asanlıqlar təmin edildiyi görülə bilir. Rusiya müftiliyi halal qida mövzusunda əhəmiyyətli işlər görərkən, müsəlmanlara xüsusi xəstəxana tətbiqi belə var. İstəyən qadınlar hicabla lisey və universitetlərdə təhsil ala bilir. Bundan əlavə Rusiyada hicablı xanımlara hicabla pasport və sürücülük vəsiqəsi verilməsi ilə bağlı da qərar qəbul edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8637

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7374

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9004

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8869

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13252

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8608
Şərhlər
Niyazi tərəfindən 22-07-2009 13:50:52 tarixində yazıldı
Bu da xristian dediyimiz bir olkenin Islama verdiyi deyer. Bizimkiler ise Islama ele baxirlar ki, sanki ne bilim ne deyim, inaninki soz tapa bilmirem. Ancaq hesab edirem ki ona gore bizimkikler Islami qebul ede bilmirler ki, Islamda onlar kimi rushvetxor, qanasusayanlarin yeri yoxdur.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 19:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru