Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2011
14:03
HESABLAMA PALATASI METROPOLİTENİ YOXLADI
2011-ci il fevral ayının 7-də Hesablama Palatasının Kollegiya iclası keçirilib

Hesablama Palatasından FaktXeber.com-a daxil olan məlumata görə, kollegiya iclasında Bakı Metropoliteni tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditinin  nəticələri üzrə Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilmiş, Kollegiyanın qərarları barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın göndərilməsi qərara alınıb.

İclasda Hesablama Palatasının funksiya və vəzifələrinin daha keyfiyyətlə həyata keçirilməsi üçün “Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirləri keçirilən qurumlarda normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması Qaydaları” və “Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsi Qaydaları”, həmçinin, dövlət büdcəsinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri xərcləri” bölməsinin “Elm” köməkçi bölməsinin “Ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar” paraqrafı üzrə Naxçıvan Muxtar Respublikası “Araz” Elm İstehsalat Birliyinin saxlanılmasına ayrılan vəsaitlərin  proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin və  “Təhsil” bölməsinin “Natamam və orta təhsil” köməkçi bölməsinin “Orta təhsil” paraqrafı üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Qızlar Liseyinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinin auditinə dair nəzarət tədbirlərinin proqramları da təsdiq olunmuşdur.

Nərgiz Kazımlı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
222

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
720

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
279

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
337

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
373

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
364
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 21:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru