Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2011
12:43
NETANYAHU QORXUYA DÜŞÜB
O, Misirdə baş verən etiraz aksiyaları ilə əlaqədar narahatdır

Bookmark and Share

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsində rəsmi səfərdə olan Almaniya kansleri Angela Merkellə görüşdən sonra, birgə mətbuat konfransı keçirib. Konfrans zamanı Merkel və Netanyahu son günlər Misirdə baş vermiş hadisələrə də münasibətlərini bildiriblər. İsrail baş naziri Misirdə baş verən hadisələri diqqət və təşviş içində təqib etdiklərini deyib: “Son günlər Misirdə baş verən hadisələr məni təşvişə salıb. İranda olduğu kimi Misirdə də radikal islami bir rejimin hakimiyyətə gəlməsindən qorxuram”. Bundan başqa, Netanyahu nəticə nə olursa-olsun İsraillə Misir arasında olan 30 illik sülh razılaşmasının qüvvədə qalacağını deyib.

Almaniya kansleri Angela Merkel də Misirdə baş verən hadisələrin regionun stabilliyi üçün təhlükə ola biləcəyini deyib. Sülhün təmin olunması üçün Misirin bölgədə müsbət addımlar atdığını deyən Merkel Almaniya olaraq demokratiyanın tərəfdarı olduqlarını bildirib. Hüsnü Mübarəkin təklif etdiyi danışıq yolunda uğur əldə etməməsini tənqid edən Merkel ağıllı addımlar atılması üçün qarşıdakı günlərin böyük əhəmiyyət kəsb etdiyini deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3863

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru