Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

25 Oktyabr

2010
12:11
748
Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək
Oktyabrın 25-28-də Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək

Bookmark and Share

Oktyabrın 25-28-də Azərbaycanda Özbəkistan kinosu günləri keçiriləcək. FaktXeber.com-un Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə “Özbəkkino” Milli  Agentliyinin  Baş direktorunun müavini, Özbəkistanın Əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakıya gələcək. Nümayəndə heyətinə Özbəkistanın Xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda Özbəkistan kinosu günlərinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Bu gün saat 16.00-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edəcək. Həmin gün Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi oktyabrın 25-də saat 19.00-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq.
Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.
Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır.  Səfərin sonuncu günü “Qala” tarix – etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.

Özbəkistan kinosu günləri çərçivəsində bu ölkə kinematoqrafçılarının bədii, sənədli və cizgi filmləri nümayiş olunacaq:

25 oktyabr
“Səma altında yol” bədii filmi
Gənc Tamaşaçılar Teatrı, saat 19.00

26 oktyabr
“Ötən günlər” bədii filmi
“Şərq dürdanəsi” sənədli filmi
”Azərbaycan” kinoteatrı, saat 19.00

26 oktyabr
“Özbəkistan çizgi filmləri günü”
Bakının 236 nömrəli məktəbi, saat  11.00

27 oktyabr
“18-ci kvadrat” bədii filmi
“Registan. Səmərqənd gövhəri” sənədli filmi
”Azərbaycan” kinoteatrı, saat 19.00

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
71

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
382

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
111

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
68

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru