Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2009
13:54
Medvedevdən Ermənistana, əba altından şallaq
Qafqazda oyunlar yenidən qurulmağa başlayıb. FaktXəbərin verdiyi məlumata görə, Rusiya dövlət başçısı Dmitri Medvedev qarşılıqlı müqavilələr bağlamaq üçün bu gün ölkəmizə gələcək. Rusiyanın nəhəng enerji şirkəti Qazprom başçısı Aleksey Millerin də iştirak edəcəyi ziyarətdə Azərbaycanın təbii qazının Rusiya üzərindən Avropaya nəqli müzakirə ediləcək.

Qafqazda oyunlar yenidən qurulmağa başlayıb. FaktXəbərin verdiyi məlumata görə, Rusiya dövlət başçısı Dmitri Medvedev qarşılıqlı müqavilələr bağlamaq üçün bu gün ölkəmizə gələcək. Rusiyanın nəhəng enerji şirkəti Qazprom başçısı Aleksey Millerin də iştirak edəcəyi ziyarətdə Azərbaycanın təbii qazının Rusiya üzərindən Avropaya nəqli müzakirə ediləcək.

Miller verdiyi açıqlamada Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə reallaşacaq ziyarətdə, enerji sahəsində əhəmiyyətli bir razılaşma imzalanacağını, Rusiyanın Azərbaycanın Şahdəniz-2 bölgəsindən təbii qaz alışına başlayacağını söyləyib.
Qiymət mövzusunu ikinci dərəcəli sayan Moskva, Azərbaycanın təbii qaz qaynaqlarını Qərbə vermək istəmir.

Medvedevin tarixi ziyarəti ilə əlaqədar, bir başqa səbəblər də var. Çünki Ermənistanın Gürcüstanla inkişaf etdirdiyi əlaqələr və Türkmənistanın Çinlə bağladığı təbii qaz razılaşması, Rusiyanı narahat edib. Orta Asiya enerji qaynaqlarının uzunmüddətli olaraq Rusiya üzərindən Avropaya satışa çıxarılmasını, birinci dərəcəli milli təhlükəsizlik məsələsi olaraq görən Moskvaya, Çin də bir "qol vurdu". Belə ki, Türkmənistan ixracatının yüzdə 30-nu, 30 illiyinə Çinə verəcək. Bununla da türkmən təbii qazının ana ixracatçısı olan Rusiya strateji hücumu itirmiş vəziyyətə düşüb. Çinin Türkmənistana 3 milyard dollarlıq sərmayə qoyduğu gün, Qazprom da sərmayələrini yüzdə 30 qısdığını açıqlayıb.

Bütün bu hadisələr baş verərkən, Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan başçısı Mixail Saakaşvilini şərəf qonağı olaraq qarşılaması və dövlət qürur medalı ilə mükafatlandırması Moskvanı hirsləndirib. Rusiya nümayəndələri Gürcüstanda reallaşan NATO hərbi manevrindən son anda saxladıqları Sarkisyanın davranışını, təhqir olaraq qiymətləndirir. Rusiya Parlamenti Federal Şura millət vəkili Vladimir Qusev, Rusiya-Ermənistan əlaqələrinin bu vəziyyətdən mənfi təsirlənəcəyini söyləyib. Rus mətbuatı, İrəvanı hiyləgərcə hərəkət etmək və ikiüzlü davranmaqla günahlandırıb. Kremlinin iki gün əvvəl "Ermənistanla döyüş bitmədi" - açıqlmasını verən İlham Əliyevi ziyarəti, İrəvana "əba altından şallaq göstərmə" olaraq şərh olunur. Moskvanın Qarabağ probleminin həllində, bizə yönəlik siyasətlər yürüdəcəyi də verilən açıqlamalar sırasındadır.
 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6925

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5784

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7298

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7297

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10252

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7007
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 22:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru