Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Yanvar

1970
17:04
RAMAZAN YAĞIŞI
Mübarək ramazan ayı Allahın ayıdır. Ramazan ayı bütün səmavi kitabların endiyi aydır. İnsanların haqqla batili bir-birindən ayırd etməsi üçün endirilən Quran ayıdır. Ramazan ayı Quranın baharıdır. Ramazan ayı, əzəmətini anlamağın mümkün olmadığı və ibadəti min aydan üstün olan Qədr gecəsinin sahibidir.

Bookmark and Share

Mübarək ramazan ayı Allahın ayıdır. Ramazan ayı bütün səmavi kitabların endiyi aydır. İnsanların haqqla batili bir-birindən ayırd etməsi üçün endirilən Quran ayıdır. Ramazan ayı Quranın baharıdır. Ramazan ayı, əzəmətini anlamağın mümkün olmadığı və ibadəti min aydan üstün olan Qədr gecəsinin sahibidir.

Ramazan ayı, müttəqilərin yeni ilidir. Ramazan ayı, təqva ayıdır. Bütün paltarlardan xeyirli olan təqva paltarını əldə etmək ayıdır. İnsanların öz nəfslərini islah etmək ayıdır. İnsanın adət etdiyi şeylərdən qırıldığı ayıdır. Şəhvani meylləri idarə altına alaraq könülə nur və səfa qazandırma ayıdır.

Bu ay haqqı müdafiə etmək, batilə və zülmə boyun əyməmək ayıdır.

Bu ay, digər aylarda şeytan və tağuta qarşı mübarizə aparmaq üçün, azuqə toplamaq ayıdır. Mübarizədə dözülməsi lazım olan çətinliklərə, ruhi və cisimi baxımdan hazırlanmaq ayıdır.

Bu ay, rəhmət, bərəkət və bağışlamaq ayıdır. Əsarət zəncirinə vurulmuş ruhları azadlığa qovuşdurmaq ayıdır.

Peyğəmbərin (s) buyurduğu kimi: "Aclıq və susuzluqla böyük susuzluq günü olan və heç kimin başqasına kömək edə bilməyəcəyi və hər kəsin unutduğu qiyamət gününü xatırladan aydır."

İmam Sadiqin (ə) buyurduğu kimi, kasıbla zənginin bərabər olduğu, Allahın zənginə aclıq və susuzluğun çətinliyini dadızdırdığı aydır. Bu ay ətrafımızda bizimlə birlikdə yaşayan yoxsul, yetim və miskinlərin azca da olsa dərdini və çətinliyini duyma və onların vəziyyətini şəxsən dərk etmə ayıdır. Dünyanın dörd bir tərəfində zülmə məruz qalan və kömək tələbində olan, inanclarını yaşamatmaq uğrunda hər cür təzyiq və təhqirə uğrayan və haqqları əlindən alınan insanların səslərini eşitmək ayıdır.

Bu ayda insanlar Allahın ziyafətinə dəvət edilmişlər. Gecələri ən üstün gecələr, gündüzləri ən qiymətli gündüzlər və saatları ən uğurlu saatlardır.

Bu ay, cənnət qapılarının açıq, cəhənnəm qapılarının bağlı və şeytanın zəncirə vurulduğu aydır. Uca Allahın duaları qəbul və özünü çağıranlara "Ləbbəyk" dediyi aydır.

Ramazan, dua ayıdır. Bu ay, xüsusilə mübarək Qədr Gecələrində ibadət və dua ilə məşğul olmaq və Allahla münacat ayıdır.

Bu ay  maddi bağlılıqlardan xilas olmaq ayıdır. Bu ay, heyvani aləmdən xilas olub, mələklər aləminə ucalış ayıdır. Qısacası bu ay, özünü tərbiyət ayıdır...

Məqalədə : RAMAZAN YAĞIŞI 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4112

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2903

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2313

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1938
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 13:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru