Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2010
16:17
"PİVƏ FESTİVALI", RAMAZAN AYI, YA ŞƏHİD MÜBARİZ?
Azərbaycanın bütün bölgələrində və eləcə də paytaxtımız Bakıda yəgin ki, hər gün vətəndaşlar onlarla reklamla tanış ola bilir

Bookmark and Share

İstər televiziya və radio, istər qəzet və jurnallar, istərsə də küçələrdə - reklamlar hər zaman bizə tərəf gəlir. Reklamlar insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir tədbir, elanla tanış olmasına yönəlir. Bəs ölkəmizdə necə, bu reklamlar üzərilərinə düşən vəzifəni yerinə yetirir və ölkəmizin sadiq olduğu milli-mənəvi dəyərlərə nə qədər uyğundur? Elə paytaxt Bakıdan hazırladığımız bu reportaj küçə reklamlarının monitorinqini təşkil edir.


Azərbaycanın reklam sahəsi

Reportajımıza keçid almazdan öncə, ilk olaraq Azərbaycanda reklam sahəsi barədə qısaca məlumat vermək istərdik. Azərbaycanda reklam sahəsini təqribən 100-ə qədər xüsusi reklam agentliyi təmsil edir. Eyni zamanda hər bir şirkət də öz reklam piarını qurmaqda ixtiyarlıdır. Bakıda reklamların yerləşdirilməsi və tərtibatı işinə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Ümumilikdə, Azərbaycanda geniş yayılmış küçə reklamları üçün yerlər - bildbordlar (hərəkətli və hərəkətsiz), plazmalar, dayanacaqlar, avtobusların üzəriləri, metro stansiyaları, adi divarlar və s.dir.

Fantastik reklam qiymətləri

Yerindən asılı olaraq, reklamların yerləşdirilməsi üçün bəzi qiymətləri də nəzərinizə çatdırırıq. Deməli, marşrutlarda reklam yerləşdirməklə məşğul olan IMP (İşık Medya Planlama) reklam şirkətində Bakıda nəqliyyatın hərəkət istiqamətindən asılı olaraq reklamın qiyməti 290-330 AZN təşkil edir. Şəhərin müxtəlif yerlərində reklamın minimal müddəti 1 aydır və qiymətlər yerindən asılı olaraq bilbordlarda 400 manat, plazmalarda isə 360 manatdan başlayır. Bu arada onu da qeyd edək ki, Bakıda ən bahalı reklam lövhəsi Fəvvarələr meydanındadır. Metroda isə reklamlar telekanallara nisbətən ucuz başa gəlir.



“Kommet” Reklam Agentliyinin metro reklam bürosunun məlumatında deyilir ki, onların reklam almaqla bağlı heç bir problemləri yoxdur. Reklam lövhələrinin stansiyalarda 1 ədədinin icarə qiyməti 1 ay üçün 64 manatdır.

Əxlaqi normalara uyğun olmadığından çəkmədiyimiz reklam lövhələri

Beləliklə, Fəvvarələr meydanında ən bahalı reklam lövhələrinin olmasını nəzərə alaraq, monitorinqimizə elə buradan başladıq. Buradakı reklamların əksəriyyəti “Nizami” küçəsində yerləşən geyim mağazalarının reklamlarıdır. Reklamların əksəriyyətində əxlaqi normalara uyğun olmayan təsvirlər olduğundan onları yalnızca yazmaqla kifayətləndik. Fəvvarələr meydanının ən çox insanların, həm də xarici vətəndaşların keçdiyi yerlərdə isə əksər reklamlar “Taleh açarı” adı ilə tanınan qumar tipli oyunun və dünyada ilk dəfə müsəlman ölkəsində - Azərbaycanda keçiriləcək “Pivə festivalı”nın anons reklamları idi. Elə həmin reklamlarda da məhz əxlaqi normalara uyğun olmayan təsvirlər əks olunurdu.

Reklam yerləri təkəlçiliyə alınıb?

Monitorinqimizi “İçəri şəhər” ətrafında davam etdirdik. Bu ərazinin reklam sahəsi sanki üç şirkət – “Azercell”, “…” (adının özü də əxlaqa uyğun olmadığından qeyd etmirik – red “Deyerler.org”) və “Efes pivəsi” tərəfindən alınıb. Buraya gələn xarici qonaqlar tamlıqla özlərini cəmiyyəti deqredasiyaya uğramış bir Qərb ölkəsindəki kimi hiss edə bilərlər. Təbii ki, burada da “Pivə festivalı” anonsu hər tərəfi bürümüşdü.

Reklamların cəlbediciliyi üçün nə edilir?


Ən çox bilbord reklamları metroların çıxışlarında və işıqforlarda, ən çox hərəkətli reklam və plazma ekran reklamları isə insanların axınla keçdiyi ərazilərdə yerləşdirilib. Monitorinqimiz zamanı daha bir faktı müəyyən etdik. Sən demə əksər reklamlarda qadın şəkilləri yerləşdirilib və “təbii ki”, müsəlman ölkəsinin vətəndaşına xas olan bir geyimdə deyil.
Azərbaycan paytaxtını gəzərkən müxtəlif reklam çarxlarına rast gəlmək mümkündür – avtomobillər, banklar, tikinti şirkətləri, turizm şirkətləri, spirtli içkilər, simsiz rabitə operatorları və s. Ən aşağı brendli şirkətlərin reklamları isə əsasən yolların üzərilərindən asılmış tablolarda yer alıb.

Təəssüflər və həm də təəccüblər olsun ki, reklam lövhələrinin əksəriyyəti uyğun yerlərdə quraşdırılmayıb. Məsələn, məktəblərin və bağçaların qarşısında sipirtli içkilər, açıq saçıq şəkillər olan reklam lövhələri təsadüfi deyil.

Sosial reklamlar yox dərəcəsində

Maraqlı olan bir məqam da bunda idi ki, şəhərdə bir dənə belə olsun sosial xarakteli reklamla qarşılaşmadıq. Amma bunun əvəzində, gənclərə zərərli vərdişləri aşılayan reklamlar istənilən qədər. Xüsusilə, planlaşdırılan məlum “pivə festivalı” ilə əlaqədar reklam çarxları şəhərin bütün ən çox insan olan yerlərində quraşdırılıb.

“Pivə festivalı”, Ramazan ayı, ya şəhid Mübariz?

Sonda bilməyənlərin də nəzərinə çatdıraq ki, reklamlardan məlumumuz oldu ki, avqust ayının 8-də paytaxt Bakı şəhərində “Pivə festivalı” keçiriləcək. Belə bir festival indiyə qədər heç bir müsəlman ölkəsində keçirilməyib. Yalnız Almaniyada “pivə sevənlər cəmiyyəti” tərəfindən belə bir festival keçirilir. Xatırlatmaq lazımdır ki, xalqımız mübarək Ramazan ayını qarşılamağa hazırlaşır. Lakin, ötən ildən fərqli olaraq, bu il ölkədə bir yerdə olsun “Mübarək Ramazan ayı yaxınlaşır” adlı sosial reklama rast gəlmək mümkün deyil. Bir çox dövlətlərdə, xüsusilə də qardaş Türkiyədə sosial reklamlarla bağlı daha bir ənənə də mövcuddur. Onlar ölkənin şəhidlərinin şəkillərini müxtəlif məkanlarda yerləşdirməklə həm vətənpərvərlik hisslərini cəmiyyətə aşılayır, həm də milli qəhramanlarını tanıdır. Lakin, təəssüf ki, doğma Qarabağı uğrunda yaxınlarda canından keçmiş əziz Milli Qəhrəmanımız – Mübariz İbrahimovun şücaətinin cəmiyyətə aşılanması əvəzində, onun yas günlərində gəncələrə milli-mənəvi dəyərlərimizə zidd olan anonsrlar çatdırılır. Deyerler

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3452

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2001

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1766
Şərhlər
Kamran Salmanov tərəfindən 20-06-2012 tarixində yazıldı
hee nooolsun
eÅŸÅŸi eee guya Mubarizin olumune gore camaat pive icmicey??kimin ureyi isteyir icir.yayda gunde 2 butulka efes icmesem yata bilmerem. istiyir ramazan gelmesin, cor bush gelsin
Kamran Salmanov tərəfindən 20-06-2012 tarixində yazıldı
hee nooolsun
exlaq normalari milli mentalitet.ureyi piyve isteyen icecey. bele xeberleri oxuyanda Azerbaycanda metubuatin nece geride qaldigini gormek olar. Amerikada avropada sex shop, sex akuksiyonlarin reklamalari weherin merkezini beziyir bizde 1 piyvenin reklamini bele wiwirdirsiz
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru