Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2010
14:34
Netanyahunun BİABIRÇI SÖHBƏTİ
İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ səfərindən üç həftə sonra ortaya çıxan bir video görüntüyə görə çətin vəziyyətə düşüb

Bookmark and Share

FaktXeber.com-un verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ səfərindən üç həftə sonra ortaya çıxan bir video görüntüylə çətin vəziyyətə düşüb.

Belə ki, 2001-ci ildə qeydə alınan görüntülərdə Netanyahu yəhudi ailələrlə söhbət edir. Kameraların açıq olduğunu hiss etməyən nazir, Fələstin problemini həll etməyin yeganə yolunun Fələstinə qarşı hücumda olduğunu söyləyir.

Yanındakılar "Bəs, ABŞ bu işə nə deyər" sualına isə, Netanyahu "Mən Amerikanın nə olduğunu bilirəm. Amerika asanlıqla idarə edəcəyini bir şeydir, həm də istədiyiniz istiqamətdə hərəkət etdirə biləcəyiniz bir şey. Bizim yolumuza çıxmazlar" - deyə cavabını verir.

Netanyahu ayrıca olaraq İsrailə qarşı ictimai qınağı da "axmaqlıq" adlandırıb.

O həmçinin eks ABŞ prezidenti Bill Klintonu da "radikal Fələstin tərəfdarı" olmaqla günahlandırır.

Netanyahu daha sonra Oslo Müqaviləsi ilə necə manipulyasiya etməyi planlaşdırdığını da açıqlayır. Qeyd edək ki, 1993-cü ildə imzalanan müqavilə İsrailə əvvəldən təyin olunmuş hərbi əraziləri saxlamaq haqqı verir.

Netanyahu daha sonra deyir: "Mənə seçkilərdən əvvəl müqaviləni dəstəkləyib-dəstəkləməyəcəyəimi soruşdular. Mən də "bəli" dedim. Amma müqaviləyə elə bir açıqlama verəcəyəm ki, 1967-ci il sərhədlərinə doğru dörd nala qaçışa son verməyimi təmin edəcək. Bunu necə etdik? Heç kim "hərbi sahələr"in necə təyin olunacağını söyləmədi. Təyin olunmuş hərbi bölgələr etibarlı bölgələrdir. Hərbi sahələr İsraildə qalar deyirlər. Məncə İordaniya ərazisinin hamısı hərbi sahədir. Görək indi bunu necə həll edəcəklər".

Netanyahu söhbətinin başqa bir hissəsində isə fələstinliləri döymək lazım olduğundan bəhs edir.
 
Videonun ortaya çıxmasından sonra "Haaretz" qəzetinin məşhur yazarı Gideo Levy videoyla əlaqədar məqaləsində, "Bu videonun uşaqlara göstərilməsi qadağan edilməlidir. Amma Vaşinqtona mütləq göndərilməlidir ki, hər kəs bu ölkəni əslində kimin idarə etdiyini anlasın" -deyə yazır.

Babək Xaliqoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4558

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 11:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru