Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2010
14:21
SSRİ-nin futbol ulduzları Bakıda
"Neftçi"nin veteran futbolçuları və SSRİ yığmasının üzvləri 239 saylı orta məktəbdə şagirdlər üçün master-klass keçəcəklər

Bookmark and Share

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, professor Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar AFFA tərəfindən bir sıra tədbirlər keçiriləcək. Məlumatına görə, mayın 14-də, saat 14:00-da «Şəfa» stadionunda «Neftçi»nin veteranları ilə keçmiş SSRİ yığmasının üzvləri arasında yoldaşlıq oyunu təşkil olunacaq. Həmin gün saat 10:00-da Rusiyadan, Ukraynadan və Gürcüstandan gələn futbol veteranları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Saat 11:30-da isə «Neftçi»nin veteran futbolçuları və SSRİ yığmasının üzvləri 239 saylı orta məktəbdə şagirdlər üçün master-klass keçəcəklər.

Yubileylə əlaqədar keçiriləcək yoldaşlıq oyununda iştirak edəcək futbol veteranlarının siyahısını diqqətinizə çatdırırıq:

"Neftçi": Cəmaləddin Əliyev, Faiq Əzizov, Elxan Həsənov, İskəndər Cavadov, Maşallah Əhmədov, Asim Xudiyev, Oqtay Abdullayev, Səttar Əliyev, Musa Qurbanov, Qurban Qurbanov, Bəxtiyar Musayev, Təbriz Həsənov, Vəli Qasımov, İqor Getman, Arif Əsədov, İlqar Hüseynov, Elmir Xankişiyev, Yaşar Hüseynov, Mahir Musayev, Şamo Hüseynov, Asif Əliyev, Səmədağa Şıxlarov.
Baş məşqçi: Səməd Qurbanov

SSRİ yığması: Valeri Novikov, Dmitri Kuznetsov, Axrik Sveyba, Dmitri Kudinov, Aleksandr Şmarko, Aleksandr Panov, Mixail Markin, Arkadi Belıy, Albert Oskolkov, Sergey Kiryakov, Vladimir Semikin, Yeqor Titov, Marat Abyanov, İqor Dobrovolski, Viktor Losev, Sergey Zubanov, Vladimir Morozov, Valeri Butenko, Yuri Kuznetsov, Sergey Kotrikadze, Murtaz Xurtsilava, Aleksandr Çivadze, Andrey Buba, Leonid Buryak, Anatoli Demyanenko.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4498

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3603

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5296

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5334

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6576

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5046
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 16:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru