Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2010
15:58
Polis "Azadlıq" blokunun piketini dağıdıb FOTO-VİDEO
Aksiya ilə bağlı son məlumatlara görə, ümumilikdə 80 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb

Bookmark and Share

Onlardan bəziləri şəhərin müxtəlif yerlərdə buraxılsalar da, 52 nəfər Səbayel rayon Polis şöbəsinin müxtəlif bölmələrinə aparılıblar. Onlardan 33 nəfəri Səbayel rayon 8-ci Polis Bölməsində, 12 nəfər 9-cu Polis Bölməsində, 7 nəfər isə 39-cu Polis Bölməsində saxlanılırlar.

***

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sürücüsü Kərim Mehdiyev Bakının Binəqədi rayonu ərazisində saxlanaraq polis idarəsində dindirilib. AXCP sədrinin köməkçisi Faiq Əmirov «Media forum» saytına bildirib ki, sürücünü aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş piketdən əvvəl saxlayıblar:

«Sürücü sərbəst buraxılsa da, maşını cərimə meydançasına salıblar».

***

AXCP-dən verilən məlumata görə, 80-dək fəal saxlanılıb, sərnişin avtobuslarına mindirilib şəhərin müxtəlif yerlərində buraxılıb. 8-ci polis bölməsində saxlanılanlardan başqa, 15 nəfər başqa polis bölmələrinə aparılıb. Yerləri dəqiqləşdirilir.

***

Saxlanılanlardan «Azadlıq» qəzetinin yazarı Natiq Ədilovun verdiyi məlumata görə, Səbayel rayon 8-ci bölməsində hazırda 50-dək aksiya fəalı var.

Bölmənin növbətçisi isə AzadlıqRadiosuna deyib ki, ora cəmi 30 nəfər gətirilib.

***

Aksiyanın dağıdılmasında iştirak edən mülki geyimli şəxslər jurnalistləri ərazidən uzaqlaşdırırlar. Onlar AzadlıqRadiosunun müxbirinə özlərini sıravi vətəndaş kimi təqdim ediblər.

***

Bakı Şəhər İcra Hakimiyyəti qarşısında təxminən 20-dən artıq aksiya iştirakçısı polis maşınları və sərnişin avtobusları ilə ərazidən uzaqlaşdırılıb.

Aksiyanın dağıdılmasında iştirak edən polis nümayəndəsi bildirib ki, onlar Səbayel rayon 8-ci polis bölməsinə aparılıblar.

Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov AzadlıqRadiosuna bildirib ki, aksiyada iştirak edənlər saxlanılmır, onlar sadəcə olaraq ərazidən kənarlaşdırılır. Kamal Vəlişov aksiyanın dağılmasında polislərlə birgə iştirak edən mülki geyimli şəxslərin kim olması barədə suala cavab olaraq bildirib ki, o belə bir adamları görməyib.

ATƏT-in Bakı ofisinin əməkdaşları da aksiyanın gedişini izləyirlər.

***

AXCP sədrinin müavini Nurəddin Məmmədli və daha 5 nəfər saxlanılıb. Aksiya nəzərdə tutulan yerə toplaşanlar şüarlar səsləndirməyə başlayıblar.

***

Aprelin 26-da «Azadlıq» blokunun Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcəyi gözlənilir. Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimovun verdiyi məlumata görə, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bloka cavab verilməyib.

Azadlıq blokuna AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir. Blok şəhər rəhbərliyinə «Azneft» meydanı, «Teleteatr»ın qarşısı, Parlament prospekti, Cavid bağı,

«Nərimanov» kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısı və ya Sahil bağının ərazisində mitinq keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdi.

Onlar əsasən sərbəst toplaşma azadlığının pozulmasına etiraz edir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında polis və mülki geyimlilər gözə dəyir. Ərazidə 8 polis polis maşını var.
Təxminən 30 xidməti geyimli, 50 mülki geyimli şəxs aksiya keçiriləcək yerə nəzarət edir.

Hazırda İcra Hakimiyyəti istiqamətində gediş-gəliş məhdudlaşdırılıb.

İçərişəhər metrosundan və İqtisad Universiteti tərəfdən piyadaların hərəkəti dayandırılıb. Metrodan çıxanları keçidə yönəldirlər. azadliqradiosu

 

 

 


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
519

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
424

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
652

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
506

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 13:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru