Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2010
15:29
Medvedev ötən il 111 176 dollar gəlir əldə edib
O, arvadı Svetlana Medvedeva ilə sahəsi 367,8 kv. metr olan mənzilə malikdir

Rusiya prezidenti Dmitri Medvedevin mətbuat xidməti ölkənin birinci şəxslərinin və onların ailə üzvlərinin 2009-cu il üçün gəlirlərini açıqlayıb. Rusiya prezidenti ötən il 3 335 281,39 rubl (təxminən 111 176 dollar) gəlir əldə edib. Rusiyada 4700 kv. metrlik torpaq sahəsini icarəyə götürən D.Medvedevin 1948-ci il buraxılışlı QAZ 20 “Pobeda” maşını var. O, həyat yoldaşı Svetlana Medvedeva ilə sahəsi 367,8 kv. metr olan mənzilə malikdir.

Yerli bankların birində Rusiyanın birinci ledisinin hesabında 7 503,89 rubl (250 dollar) pulu var. O, 1999-cu il buraxılışlı “Walksfagen-Golg” avtomobili və 2 maşın saxlamaq üçün 32,5 kv. metrlik yerə də malikdir.

Rusiya prezidentinin azyaşlı oğlu İlya 2009-cu ildə heç bir gəlirə malik olmayıb. Banklarda hesabı və mülkiyyət xarakterli öhdəliyi də yoxdur.

Rusiyanın baş naziri Vladimir Putin ötən il 3 889 807 rubl (129 660 dollar) pul qazanıb. Onun 1500 kv. metr sahəsi olan fərdi yaşayış tikintisi üçün torpaq sahəsi, 2 mənzili, 18 kv. metrlik qarajı və ümumi dayanacaqda qarajı var. Bütün daşınmaz obyektlər Rusiya ərazisindədir.

Vladimir Putinin həyat yoldaşı Lyudmila Putinanın gəliri ötən il 582 rubl (19,4 dollar) təşkil edib.
// APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8637

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7374

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9004

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8869

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13252

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8608
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 19:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru