Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Mart

2010
10:32
MEDVEDEV İKİ AZƏRBAYCANLINI NİYƏ QƏBUL EDİB?
Merliyə namizədlərdən biri Kəmaləddin Heydərovun "Sadval"çı şərikidir

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhər məhkəməsi oktyabrın 11-də keçirilmiş mer seçkisinin nəticələrini ləğv edib. Əslində bu təzə xəbər deyil. Təzə xəbər odur ki, martın 14-də keçiriləcək yeni mer seçkiləri üçün indidən savaş başlayıb. Qeyd edək ki, oktyabrın 11-də keçirilmiş seçkilərin nəticələrinə əsasən Dərbəndin fəaliyyətdə olan meri Feliks Qaziaxmedov 67 faiz səs toplayaraq vəzifəsində qalıb. Onun əsas rəqibi, Dağıstanın sabiq baş prokuroru İmam Yaraliyevin tərəfdarları seçkinin nəticələrinə etiraz edərək həm Dərbənddə, həm də Moskvada aksiyalar keçiriblər.

Maraqlıdır ki, milliyyətcə türk olan Saleh Ramazanov və Elxan Kazımovla yanaşı, İmam Yaraliyev də seçkinin nəticələrinin ləğvi ilə bağlı yerli məhkəməyə müraciət edib. Onlar tələb edirdilər ki, bu şəhərin mer seçkisi martın 14-də ümumi səsvermə günü keçirilsin. Və buna nail olublar.
Aldığımız məlumata görə, məsələyə RF-nin ali instansiyaları belə qarışıblar. RF prezidenti Dmitri Medvedev iki nüfuzlu azərbaycanlını şəxsən qəbul edərək, şəhərdə yeni seçkilər keçiriləcəyi barədə onlara vəd verib.
Həmin azərbaycanlılardan birinin Dərbənd rayon administrasiyasının sədri Qurban Qurbanov olduğu bildirilir.
Əlavə edək ki, Dərbənddə 40 minə yaxın seçici var. Onların 70 faizi etnik Azərbaycan türkləridir. Qalan 30 faizi Dağıstan xalqlarının təmsilçiləri təşkil edir. 11 oktyabr seçkisində azərbaycanlılardan olan namizəd, hüquqşünas Hikmət İsmayılov ən yüksək çevrələrdən - Moskvadan və Mahaçqaladan edilən təzyiqlər nəticəsində namizədliyini geri götürməli oldu və mübarizə ləzgi milliyyətindən olan iki namizəd - Feliks Qaziəhmədov və İmam Yarəliyev arasında getdi. Yeni seçkilərin nə şəkildə cərəyan edəcəyi, kimlərin arasında gedəcəyi təkrar seçkinin vaxtı təyin olunandan sonra bilinəcək. Moskva istəmir ki, Azərbaycanla sərhəddə yerləşən və əksəriyyəti türklərin təşkil etdiyi bir şəhərdə mer azərbaycanlı olsun.
Bildiyimiz kimi, Hikmət İsmayılovu bir neçə dəfə Mahaçqalaya fərdi şəkildə dəvət edərək, ona öz namizədliyini “könüllü” şəkildə geri götürməsi təklif olunub. Buna nail ola bilmədikdə, ona qarşı ənənəvi metod - terror hədəsi hallandırılıb. Bu da keçməyib. Nəhayət, Hikmət İsmayılova oktyabrın 6-da Moskvadan daha yüksək səviyyədə zor tətbiq olundu və nəticə etibarı ilə namizədliyini geri götürməyə məcbur edildi.
Budur, indi Azərbaycan türklərinin böyük əksəriyyətinin təşkil etdikləri şəhərin meri vəzifəsi uğrunda milliyyətcə ləzgi olan iki namizəd mübarizə aparacaqlar. Onlardan biri Feliks Qazıəhmədov, digəri isə sabiq baş prokuror, Azərbaycana qarşı separatçı siyasətin “xaç atası”, “Sadval” təşkilatının mənəvi lideri İmam Yarəliyevdir.
Bu o Yarəliyevdir ki, Kəmaləddin Heydərovla çeşidli biznes əlaqələri var. Və bu əlaqələr onun hələ Dağıstan respublikasının prokuroru olduğu dövrdə yaranıb.
Dərbənd isə 14 marta hazırlaşır və gərgindir./Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8672

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7409

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9039

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8899

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13312

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8643
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 21:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru