Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2010
16:56
Qarabağ problemi Medvedevin Türkiyə səfərində çözüləcək
"Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa başlasa, Tütkiyə Böyük Millət Məclisi hərəkətə keçəcək"

FaktXəbərin verdiyi məlumata görə, AK Partiya sədrinin köməkçisi  və Rusiya Dostluq Qrupu başçısı Saleh Kapusuz Medvedyevin Rusiya ziyarəti ilə bağlı "REGNUM" agentliyinə açıqlama verib. Rusiya dövlət başçısı Dmitri Medvedyevin Türkiyəyə may ayında reallaşdıracağı ziyarət üçün hazırlıqlara başladıqlarını bildirən Kapusuz, "Aktiv bir şəkildə ziyarət üçün hazırlanırıq. Ən əhəmiyyətli gündəm məvzusu, hesab edirəm ki, vizaların ləğvi istiqamətində ola bilər" - deyə bildirib.
"Yaxın günlərə kimi heç kimin ağılına gəlməzdi ki, Türkiyə küçələrində Rusca, Rusiya küçələrində isə Türkcə danışılacaq" - deyə qeyd edən Kapusuz, "Hər il Türkiyəni 3 milyondan artıq rus turist ziyarət edir. Mənim bəhs etdiyim ticari iqtisadi əlaqələrimizin əhəmiyyətli ölçüdə genişləməsi, ictimai sahədə əməkdaşlığın artmasıdır" - əlavəsini edib.

Kapusuz jurnalistin "Türk-Rus siyasi dialoqunun xüsusiyyətlərini necə qiymətləndirirsiniz" sualına, "Bir çox mövzuda hər iki ölkənin fikirləri üst-üstə düşür. Bununla birlikdə fərqli düşündüyümüz mövzular da var. Türkiyə bir NATO ölkəsidir. Kiprdə yanaşmalarımız fərqlidir. Bununla əlaqədar olaraq bu nümunəni də göstərmək olar: Avqust 2008-də Rusiya və Gürcüstan arasında yaşanan silahlı qarşıdurma əsnasında, Ankara döyüşün regional səviyyədəki bir döyüşə çevrilməməsi və kənar ciddi bir ixtilafa gətirib çıxarmaması üçün əlindən gələn hər şeyi etdi. Həmin vaxt iki ölkə arasında güclü siyasi müşavirələr aparılıdı. Türkiyəyə çox güclü təzyiqlər edildi. Buna baxmayaraq, ölkələrimiz arasındakı əlaqələrimiz ciddi siyasi test sınağı yaşadı. Mənim şəxsi fikirimə görə, xüsusilə o sırada siyasi təhlükəsizliyin təməlləri meydana gəlməyə başladı. Ki, bunun nəticəsi olaraq bu əlaqələr sıx şəkildə artmaqda davam edir. Daha sonra bizim Baş nazir Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması üçün müqavilə ebağlanılmasını təklif etdi" - şəklində  danışıb.

Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa başlasa, Tütkiyə Böyük Millət Məclisi hərəkətə keçəcək

Jurnalistin "Sürix protokolu təsdiqlənəcəkmi" sualına Kapusuz belə cavab verib: "Qeyd edim ki, Türkiyə səmimiliklə qonşu Ermənistanla əlaqələrin normallaşdırılmasına tərəfdardır. Biz bu mövzuyla əlaqədar özümüzə düşən yol üzərində getdik, Sürix protokolunu imzaladıq. İndi bu sənəd parlamentdədir. Amma ermənilər də özlərinə düşən yol üzərində hərəkət etməli, "təhlükəsizlik qurşağı" deyə adlandırdıqları işğal edilən torpaqları boşaltmalıdırlar. Rəsmi Ankaranın fikrincə, Rusiyanın bu mövzuda sözünü deməyin zamanı gəlmişdir. Bizə görə, Moskva İrəvanı təhlükəsizliyinə qarant olacağı mövzusunda razı salmalıdır. Bizim mövqeyimiz belədir: Rusiya Qarabağ probleminin həlli üçün təşəbbüsü ələ almalıdır. Əgər Ermənistan Azərbaycan torpaqlarını boşaltmağa başlasa, bu irəliləyişin ardınca Türkiyə parlamenti hərəkətə keçəcək. Amma biz Ermənistanın bunu etməsi əvəzinə, başqa manevrlərə müraciət etdiyini görürük. Ki, bəziləri də burada çıxış yolunun yalnız Türkiyə-Ermənistan istiqamətində axtarır. Belə olduğu halda isə, Sürix protokolunun təsdiqlənə bilməsi naməlumluğunu qoruyur. Bəlkə, Medvedyevin Türkiyəyə edəcəyi ziyarət əsnasında, bu mövzuda hər hansı bir irəliləyiş ola bilər."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8662

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7399

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9029

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8894

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13302

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8633
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 21:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru