Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Fevral

2010
11:14
Fatih Terimin yerinə sürpriz namizəd
George Haci Türkiyə milli komandasının baş məşqçisi olmaq istəyir

Rumıniya futbolunun canlı əfsanəsi George Haci Türkiyə milli komandasının baş məşqçisi olmaq istəyir. Apasport.az saytının məlumatına görə, vətənində futbol akademiyası açan 45 yaşlı veteran yarımmüdafiəçi Antalyaya gəlib. Hacinın rəhbərlik etdiyi 3 komandanın tərkibində 370 yeniyetmə futbolçu var və onlar Antalyada təlim-məşq toplanışına qatılıblar. Elə hazırlıq prosesi zamanı Türkiyə mətbuatına müsahibə verən rumıniyalı gələcək karyerasından danışıb: “Bu ilin mayından yenidən məşqçilik fəaliyyətimə başlamaq niyyətindəyəm. Türkiyə milli komandasından təklif gələrsə, bu, mənim üçün çox gözəl olar. Çünki Türkiyəni yaxşı tanıyıram. Lakin təyinatla bağlı məsələ mənim səlahiyyətlərimə daxil olmadığından, bu barədə çox danışa bilmirəm”.

Qeyd edək ki, Haci 1996-cı ildən 2001-ci ilədək “Qalatasaray”ın şərəfini qoruyaraq, “sarı-qırmızılılar”ın UEFA kubokunu qazanmasında böyük rol oynayıb. Amma onun məşqçilik fəaliyyəti heç də uğurlu alınmayıb. George Rumıniya yığması, “Bursaspor”, “Qalatasaray”, “Politexnika” və “Styaua” klublarında heç nə ilə yadda qalmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
300

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
177

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
372

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
282

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
317

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 23:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru