Amerika `humanizmi`nin fəsadları
64 il bundan öncə Yaponiyaya atılan bombaların yarası hələ də sağalmayıb
64 il bundan əvvəl Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsinin sonunda Yaponiyanın Xerosima şəhərini bombaladı. Və nəticədə 100 min nəfər həlak oldu. Amma buna baxmayaraq, SSRİ deyilən nəhəng, həm də onun rəqibi olan bir dövlət dağılana qədər ABŞ haqda heç də pis fikir formalaşmadı. Yalnız sosialist siyasi sistemi dağılandan sonra Birləşmiş Ştatlar dünyanın yeganə fövqəldövlətinə çevrildi. Və bundan sonra illər uzunu dünyanın əksər ölkələrinin xalqlarının demokratik, humanist bir dövlət kimi tanıdığı Amerika haqda təsəvvürlər yavaş-yavaş dəyişməyə başladı.
Bəli, demokratiya pərdəsi altında məzlum xalqları zülmə düçar edən, onların sərvətlərini talayan dövlətin məhz Amerika olduğu indi hamıya bəllidir. Sadəcə iki supergücdən biri kimi keçmiş SSRİ-nin mövcudluğu bu həqiqəti pərdələyir və mütləq əksəriyyət təşkil edən kapitalizm dünyasının bunu dərk etməsinə imkan vermirdi. Bu gün isə Amerikanın əsl siması birmənalı şəkildə bütün dövlətlər və xalqlar tərəfindən dərk olunmağa başlayıb. Amma maraqlıdır ki, düz 64 il öncə - 1945-ci il avqustun əvvəlində bu dövlətin hərbi hava qüvvələrinə məxsus bombardmançı təyyarəsinin Xerosimaya atdığı bomba o vaxt Amerika hökuməti haqda təsəvvürləri demək olar ki, dəyişməmişdi. Bu isə çox güman ki, iki siyasi sistemə bölünmüş dünyanın qüdrətli dövlətlərinin keçmiş SSRİ-nin deyil, Birləşmiş Ştatları dəstəkləməsinin nəticəsi idi.
Əlbəttə, bu kütləvi qırğında insan amilinin olması siyasətinin istiqamətlərindən asılı olmayaraq əslində özünü humanist adlandıran hər bir ölkəni məsələyə tamam başqa prizmadan yanaşmağa vadan etməliydi. Təəssüf ki, belə olmadı. Bu isə ABŞ hökumətini başqa ad altında yeni-yeni cinayətlər törətməyə, necə deyərlər, həvəsləndirdi. Bütün bunlara baxmayaraq, əlbəttə, Amerika hökumətinin kütləvi qırğın siyasəti dünyanın sülhsevər dövlətlərinin və xalqlarının diqqətindən yayınmamışdı. Əslində Hitler Almaniyasının məğlubiyyəti ilə İkinci Cahan savaşının da bitməsindən sonra şərq tərəfdən SSRİ-yə qarşı qoşun çıxaran Yaponiyanın bombalanmasına ehtiyac da yoxuydu. Yəni Xerosima və Naqasakinin bombalanmasını həmişə Sovet İttifaqına qarşı düşmən mövqeyində olan Amerikanın hərbi yardımı kimi qəbul etmək mümkün deyil. Əks halda bu dövlət həmin yardımı sovet-alman cəbhəsində qızğın və həlledici döyüşlərin getdiyi vaxt etməli idi.
Amma məlum olduğu kimi, istər Amerika, istərsə də İngiltərə hökuməti o vaxt tərəflərin bir-birini daha çox məhv etməsində maraqlıydı. Və bu maraq çox təəssüf ki, bütövlükdə 50 milyon insanın məhvi ilə nəticələndi. İndi heç kəsə sirr deyil ki, ABŞ hərbi hava qüvvələrinin Yaponiya şəhərlərinə atom bombası atmaqda məqsədi əslində onun bu cür dağıdıcı güclü silaha malik olması barədə SSRİ-ni xəbərdar etmək idi. Digər tərəfdən, "humanist" dövlət özünün həmin silahını on minlərin başında sınaqdan keçirmək istəyirdi. Və keçirdi də.
Xatırladaq ki, sözügedən şəhərlərin bombalanması nəticəsində 100 min nəfər həlak oldu. Təxminən elə bu qədər insan da şikəst olmuşdu. Amma Amerikanın insanlığa vurduğu zərbə təkcə bununla bitmədi. Şüalanmadan zərər çəkən çoxlu sayda Yaponiya vətəndaşlarının həmin xəstəliyi irsən özündən sonrakı nəsillərə də keçirməsini nəzərə alsaq, törədilmiş vəhşiliyin dəhşətlərinin miqyası haqda aydın təsəvvür yaranar. Həmin vaxtdan 64 il keçməsinə baxmayaraq, bu gün də insanlar kütləvi şəkildə şüa xəstəliyindən əziyyət çəkməkdədir. Və yəqin ki, bu vəziyyət hələ uzun müddət davam edəcək.
Bu gün Əfqanıstanda, İraqda, Fələstində və dünyanın əsasən müsəlmanlar yaşayan digər yerlərində Amerikanın və onun əlaltısı olan İsrailin eynən bu cür qırğınlar törətməsi bu dövlətin 64 il bundan öncəki siyasətinin dəyişmədiyini göstərir. Dəyişən isə yalnız dövlət başçıları və onların insanları kütləvi şəkildə məhv etmələrinin daha müasir formasıdır. Bütün bunları düşündükcə əslində Hitler faşizmi ilə ABŞ faşizmi arasında fərqin olmadığı qənaətinə gəlmək olar. Günahsız insanları məhv etməyin forması və kimliyindən asılı olmayaraq buna fitva verən də, icra edən də məsuliyyət daşıyır. Hətta fövqəldövlət olsa belə. Amma əfsuslar olsun ki, zaman bu müdhiş olaya hələ öz qiymətini birmənalı şəkildə verə bilməyib. Bununla belə ümid etməyə dəyər ki, bütün miperiya və təcavüzkar dövlətlər kimi Amerika da öz lazımi qiymətini alacaq.

Bölmənin digər xəbərləri
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...