Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

18 Sentyabr

2019
1625
Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı

22 mart 2015-ci il. Bəlkə də çoxlarına bu tarix heç nə demir. Amma dünyada baş verənlərlə, məxsusən Yaxın Şərq böhranı ilə maraqlananlar söhbətin Yəməndən getdiyini bilir.

Bu ölkə, onun paytaxtı Səna nağıllar şəhərinə bənzədilir. (Maraqlananlar internet vasitəsi ilə Səna şəhərinin gözəlliyinə baxa bilərlər).

Amma hər nağılın bir sonu olduğu kimi, Yəməni Səudiyyə krallığının diqtəsi ilə idarə edən Mənsur Hadi hakimiyyətinin də sonu xalq üsyanı ilə başa çatdı. Və o, Səudiyyəyə qaçaraq Kral Salmana sığındı, bu gün də oradadır, hakimiyyəti idarə etdiyini deyir. Hətta bu azmış kimi ölkəsinə qarşı embarqoların tətbiqi və bombardmanların aparılması üçün Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın yaradılmasında da yaxından iştirak etdi.

Məlumatı olmayanlar üçün xatırladım ki, Mənsur Hadinin öz vətənindən qaçmasına səbəb ondan xalqın etdiyi tələblərə zorakı üsullarla cavab verməsi idi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Amma onun əmri ilə xalqın etiraz aksiyalarına güllə sıxıldı. Səud kralı Salmanın dizinin dibində outran Hadi Yəmənin qanuni prezidenti olduğunu bildirir. Onun gözünü qarşısında ölkəsi bombalanır, 27 milyon əhalinin 80 faizdən çoxu aclıqdan əziyyət çəkir, 460 mini uşaq vəbaya yoluxub, amma o susur, fərari kimi qaçdığı ölkəsində prezident olması üçün daha çoxunu istəyir.

Səudiyyə Ərəbistanı da onun bu istəyinə qarşı Yəmən xalqını bombalayır: xəstəxanaları vurur, yas yerini vurur, toy karvanını vurur, məktəb avtobusunu vurur, məktəbi vurur. Minlərlə insan ölüb, milyonlar insan Amerikanın dəstəyi ilə Səudiyyənin yaratdığı blokadaya görə aclıq həddində yaşayır, adi gündəlik dərman vasitələri tapılmır. Amma bütün dünya susur, görmür, kardır.

İndi Yəməndə xalq üsyanına rəhbərlik edən Ənsarullah Hərəkatı onları bu vəziyyətə salan Səud rejimini cəzalandırıb və "Saudi Aramco"nu vurub, Kral Salmanın neft istehsalının 50% dayanıb, Səudiyyənin nefti ilə qidalananlar narahat olublar, hadisə barədə bəyanat verirlər, birgə addım barədə düşünürlər. Sonuncu belə çıxışı Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Boris Conson edib. ABŞ Mərkəzi Komandanlığı isə neft obyektlərinə hücumların araşdırılması üçün Səudiyyə Ərəbistanına məhkəmə ekspertizası göndərib.

Pentaqonun mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir ki, hər şey hücumun arxasında İranın və ya onunla əlaqədə olan qüvvələrin dayandığını göstərir və Pentaqon bütün mümkün cavab tədbirlərini araşdırır: hərbi müdaxilə iqtisadi, siyasi və diplomatik variantlardan biridir.

Baxın, dünyanı təkqütblü etməyə çalışan ABŞ hələ də problemləri olan ölkələrlə müharibə dili ilə danışır. Amma unutduğu bir şey var: artıq heç kəs ABŞ-ın müharibə hədəsindən qorxmur. Vyetnamdan, Əfqanıstandan, İraqdan dərs çıxarmaq lazımdır. Bir də onu anlamaq lazımdır ki, əgər bir üsyanı xalq özü başladıbsa, o üsyan qalibdir və xalqın istəyi ilə razılaşmaq lazımdır. Görünən odur ki, Yəmən xalqı da bütün təzyiqlərə, hədələrə baxmayaraq, öz istəyini reallaşdırmaq niyyətindədir.

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 07:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru