Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

23 İyul

2009
2811
Coca Colanın içindəki təhlükəli sirr...!
İndiki vaxtda qidanın bir silah olaraq istifadə edildiyi düşünülsə, gündəlik içkilərin də cəmiyyət sağlamlığını pozmaqla bərabər, genetik quruluşunu dəyişdirmə kimi böyük bir risk daşıdığını ifadə edərək başlayaq...

İndiki vaxtda istehlakçı süd, ayran, bal şərbəti, bitki və meyvə suları kimi təbii içkilər yerinə kola, rəngli və rəngsiz limonadlar ilə tozdan hazırlanan içkiləri sıx olaraq istifadə edir.

Şübhəsiz dünyanın ən məşhur içkis 1886-cı ildə ABŞda qurulan CocaCola-dır. CocaCola ilk olaraq əczaxanalarda satılmaq üzrə istehsal olunan bir dərman olsa da, məzmununda dəyişikliyə gedilərək 1895-ci ildə sirli bir içkiyə çevrildi.

İstehlakçıların yeyib içdikləri qida məhsullarının bütün tərkibini bilmələri təməl insan haqqlarından biri olduğu halda, istehlakçılar, CocaCola başda olmaqla bir çox məhsulun tərkibində nə olduğunu tam olaraq bilmirlər.

Hələ də kolanın tərkibi olan yeddi ədəd gizli maddədən danışılmaqdadır. Haqqında elə ürküdücü məlumatlar gəzməsinə baxmayaraq, spirt, siqaret və digər maddə asılılarında olduğu kimi, böyük əksəriyyət Colanı heç cür buraxa bilmir. Görəsən niyə?

Tərkibində olan maddələri yalnız iki adamın bildiyi və bu məlumatların bir bank kassasında saxlandığı, bunun da "ticari bir sirr" olduğu söylənilir. Haqqında bir çox məlumat gəzən bu məhsuldan, dünyada saniyədə 8 min, ildə isə 252.288.000.000 (252 milyard 288 milyon) şüşə CocaCola istehlak edilməkdədir. Yəni dünyanın CocaCola istehlakı adam başına ortalama 36 şüşədir. Pepsi və digər yerli markaların istehlaklarını da daxil etdikdə isə adam başına ortalama 200-250 qutuluq yalnız kola istehlakı ortaya çıxmaqdadır.

Digər qazlı içkiləri nəzərə almasaq yalnız kolalı içkilər üçün ildə 600 milyard ton su qaynağı israf edilməkdədir. Buna kolalar kimi digər ziyanlı içkiləri əlavə etsək, ürküdücü ölçülərdə su qaynağının bir neçə şirkət tərəfindən neftdən bahalı olaraq satışa çıxarılması, dünyanın qaynaqlarının və insanların istismar edildiyi görüləcək. Azərbaycanın əkinçilik sulaması xaric illik 1 milyard ton su istehlak etdiyini düşünsək, bir kola firmasının 600 milyard ton su istehlak etməsi insanlığın ortaq qaynağının necə istismar edildiyini göstərər.

Dünyanın bir çox bölgəsində insanlar gündəlik içmə suyu belə tapa bilmədiyi halda, məhsuldar su qaynaqlarının bu cür zərərli məhsullar üçün heç edilməsi, üstəlik tonunu qəpiklərə aldığı bir ton suyu, 2 min dollara satması bu istismarın ölçülərini göstərmək üçün kafi olmalıdır.

Bundan əlavə, bu gün dünyanın daşınabilən su qaynaqlarının yüzdə 25-dən çoxu "The Coca-Cola Company" firmasının əlindədir. Hindli aktivist Vandana Şivanın da ifadə etdiyi kimi, bu vəziyyət belə təkbaşına böyük bir insan haqqları pozuntusudur və hamıya aid olan yer üzünün su qaynaqlarının bir şirkətin əlinə keçməsi, biz də daxil olmaqla dünya dövlətlərinin bu böyük firmaların su qaynaqlarını öz kefinə görə istifadə edib bir milyon qat artığına satması üçün gözətçilik etdiyi ortadadır. Qaldı ki, bu cür firmaların bütün suları qanuni yollarla əldə edib-etməsinə, bu ayrı bir mövzudur.

Bu firmaların fəaliyyət göstərdiyi bölgələrdə su səviyyələrində çox böyük düşmələr yaşanmaqdadır və içmə suyun təminində çətinliklərlə xərc artımları ortaya çıxmaqdadır. Təbii olaraq da bunun əvəzi yerli xalqlar tərəfindən  ödətdirilməkdədir.

Yaxşı, bu vəziyyətdə günahkar yalnız dövlətlərdirmi? Əlbəttə bu cür spirtli olması da, sağlamlığa zərər vuran bu cür məhsulları adi suya dəyişən bizlər günahsız ola bilərikmi? Görəsən başımızı iki əlimizin arasına alıb öz günahımızı nə vaxt etiraf edəcəyik?

Halbuki, bütün dövlətlərə düşən, yeraltı və yerüstü qaynaqların tək əllərə keçməməsi və doğru bir şəkildə istifadə edilməsini təmin etmək. Bu gün bunu etdikləri deyilə bilərmi?

Gəlin kolanın yayılma arealına diqqə yetirək. Kola qardaş Türkiyəyə 1964-cü ildə, Mason Dolaksızoğlu Süleyman Sami Gündoğdunun (Demirel) yaxın adamı, Qədri Has tərəfindən gətirilib. Bunun xatirinə olmasa da,  Türkiyənin qəhrəmanlarından olan Əbdülezel Paşanın adı İstanbulun böyük prospektlərindən birindən silinərək, bu xəstəliyi Türk xalqına bulaşdıran Qədr Hasın adı verildi.

Kapitalizm və Amerika imperializminin simvolu halına gələn bir neçə məhsuldan biri olan kola, ikinci dünya döyüşündən sonra ABŞ dövlətinin də dəstəyi ilə  başda Avropa olmaqla bütün dünyanı ağzına aldı. 1990-cı illərin əvvəlində sona çatan soyuq müharibə əsnasında girişi qadağan olan, keçmiş Sovetlər Birliyi torpaqları ilə başda Şərq Avropa ölkələri olmaqla bu bloka bağlı digər ölkələri də zəbt edərək tam bir hakimiyyət qurdu.

1905-ci ilə qədər rəsmi olaraq kolaların tərkibində kokaindən əldə edilən bir maddənin varlığı qəbul edilsə də, tərkibində hələ də bu maddələrin varlığı iddialarının davam etməsinə baxmayaraq, yox kimi göstərilməkdədir. Ancaq "Red Bull" adlı kola içkisindən Almaniyadan sonra Honq Konqda da kokain tapılmasından sonra ötən ay adıçəkilən ölkələrdə qadağan edilsə də, bu məhsulların həqiqi tərkibi təəssüf ki, başda bizim ölkə olmaqla bir çox ölkədə etiketinə yazılmamaqdadır.  Bununla da kifayətlənməyərək qeyd etmək istərdik ki, Hindistanda zərərli su qaynaqlarından kolalı içkilər hazırlanması səbəbiylə aparılan araşdırmalar zamanı, bu içkilərdə qurğuşun və kadmium kimi qalıqlar təsbit edilib.

Bu gün dərman istehsalçısı belə olsa, hər hansı bir firmanın çıxardığı məhsulun tərkibini gizlətmədiyi halda, daha doğrusu gizlətmək haqqı olmadığı halda, kola firmalarının gizləməsi qəribə deyilmi?

Bu məhsulların tərkibi sağlamlığa zərərli və dinlər tərəfindən mübahisəli, hətta bir çoxları tərəfindən "haram" qəbul edilir. Kola məhsullarının iftar, obaşdan süfrələrini bəzəməsi və insan sağlamlığını pozması bir yana, insan nəsili, gen quruluşu mövzusunda necə bir təxribat, dəyişdirmə etdiyi həqiqəti, üzərində ən çox dayanılması lazım olan meyardır. 

"Yenə ürkdük" - deyənlərə, "bu içkilər yerinə təbii içkilərə yönəlin" tövsiyəsiylə birlikdə, "bu hələ harasıdır" -deməkdən özümü sxlaya bilmirəm. Bütün bunlara sui-qəsd nəzəriyyəsi deyənlərə yenə F.William Engdahlın "Xeyr xeyr! Bu bir sui-qəsd nəzəriyyəsi deyil, insanlığa edilən sui-qəsddir!" cümləsini xatırlatmaq istəyərəm.

Yenə uzandı bilirəm. Lakin bu gün bir dostum "Yazılarının arası uzanıb. Niyə yazmırsınız" -dedi. Üzərimdəki işlər bir yana, bəzən oxuduqlarımı və gördüklərimi qələmə almağa vaxtım çatmır, bəzən də əlim çatmır. Doğrusu oynanan ssenarinin dəhşəti qarşısında insanda macal qalmır... Bir də buna cəmiyyətin ölüm yuxusu əlavə olunsa, gerisini siz düşünün...

Uzun yazırsan deyənlərə deyirəm ki, "Deməyin və lütfən məni anlayın. Bu çirkli dəzgah bir neçə cümlə ilə necə izah edilə bilər ki? Qaldı ki bəzən gündəlik baş verən hadisələrə qarşı yazı yazmaq kimi bir dərdimiz yoxdur."

Mövzuya geri dönərək deyirəm ki, uşağınıza süd içməsini nəsihət etmədən əvvəl, bunu sizin etməniz lazım olduğunu unutmamaq şərtiylə; süd, ayran, şərbət kimi sağlam və bəsləyici içkilər seçiməyə yönəlin. Bunu edərkən belə sözügedən məhsulların da sənaye tipili olmamasına çalışın. Baxmayın siz o bəzilərinin "gigyenik deyil" - deyib pislədikləri, küçələrdə satılan südlərə, yaxşı qaynadın və için. Bu reklamlarda gözümüzə soxulandan qat-qat yaxşıdır.

İndiki vaxtda daha çox istehsal, daha çox saxlama müddəti, daha çox qazanc kimi səbəblərlə heç bir şey həqiqətdə olduğu və əslində  lazım olduğu kimi çıxarılmır.

Nümunə verəcək olsaq; həqiqi ayran, qatığa su əlavə edilərək düzəlidilir, ya da bunabənzər üsullarla hazırlanır. Ancaq sənaye üsulunda ayran, südlük müddətini keçmiş südü, qatqı maddələri ilə ayrana çevirməklə hazırlanır. Həqiqətdə ayran olmayan bu məhsulu, bizlər "ayran" adıyla istehlak etməkdəyik.

Həqiqət budur ki, içki mövzusunda olduqca zəngin bir keçmiş və mədəniyyətimiz var.

Seçmə bir qonağınız gəlsə, ya da siz bir yerdə qonaq olsanız; sultanların içkisi bal, vişnə, çiyələk, gül və buna bənzər saysız qaynaqdan əldə edilən şərbətlərimi, yoxsa kola növlərininmi içilməsini istəyərdilər ya da istəyərdiniz? Əslində bu möhtəşəm təbii içkilər yerinə, zərərli və sağlamlığa zərərli qatqı içkiləri təqdim etmək qonağa verdiyiniz dəyərin nişanəsidir.

"Kola və bun bənzər qazlı içkiləri içməsək nə içək" - deyənlərə yuxarıda saydıqlarımız kafi gəlmirsə, su, çay, qəhvə, itburnu, adaçayı, kəklikotu, reyhan, yarpız, çobanyastığı kimi saysız bitki çayları söyləmək ayıb olar.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru