Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Orxan Hüseyn

10 Fevral

2018
3662
Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib

Gündəmə gəlmək istəyən və reytinq xatirinə İslam əleyhinə daha bir çıxışın şahidi olduq. Bir nəfər - Emin Akif  müqəddəs Qurani-Kərimin səhifələrini cırdığını və nə vaxt meymuna çevriləcəyini gözlədiyini bildirdi.

Sözün düzü, bu xəbəri oxuyanda meymuna çevriləcəyini gözləyən şəxsi bir tərəfdən qınasam da, digər tərəfdən onun halına acıdım. Ona görə acıdım ki, bu şəxsin nə Quran-Kərim, nə onun ilahi mesajları, nə də təsir gücü barədə anlaşıyışı var. Müəqqədəs kitab barədə sadə insanların malik olduğu informasiyalar qədər məlumatının olmaması təəccüblüdür. Bu belə olmasaydı, Quranın vərəqlərini cırıb, meymuna nə vaxt çevriləcəyini gözləməzdi.

Bu hadisələr fonunda ölkədə Quran-Kərimin hansı dərəcədə qəbul olunması və əməl edilməsi barədə düşündüm. Mövcud duruma diqqət yetirdikdə Azərbaycanda Quranın bir qrup tərəfindən qəbristanlıqda qazanc alətinə, digər qrup tərəfindən ekstremist fikirlərin mənbəsinə, digər qrup tərəfindən isə “kedicik”lərin ilham mənbəyinə çevrilməsini görə bilərik. Təbii ki, ölkəmizdə müqəddəs kitabı düzgün anlayıb, əməl edib və onun göstərdiyi yolla həyatını yaşayanlar da var. Lakin neqativ fikirlər fonunda həmin doğrular bir növ kölgə arxasında qalır. Bu məsələdə doğruların kifayət qədər təbliğat-təşviqat və marifləndirmə işləri görməməsini də qeyd etmək olar.

İndi özünü şair adlandıran bu şəxs, İslamı təbliğ etdiyini söylən və çılpaq qızlarla oynayan Harun Yəhyanı gördüyü halda, vəhabi terrorçularının Suriya və İraqda gedən döyüşlərdə Quran adı ilə döyüşdüyünü anladığı halda və qəbristanlıq, yas məclisləri və başqa yerlərdə qazanc məqsədilə Qurandan istifadə edilməsini müşahidə etdiyi halda necə müqəddəs kitab barədə normal fikirdə olsun? Bəli, bunları görəcən şəxsin Quran-Kərim barədə şübhəyə düşməsi iki vur ikidir. 

Lakin Qurani-Kərim mənfi mənada nə qazanc yeri, nə istifadə mənbəyi və nə də gerilik mexanizmidir. Müqəddəs kitab qəlblərin baharı, yol göstərən və insanlara nicat verəndir. Qurani-Kərimin nazilolma səbəbi elə bizik. Məhz bizlərin yalan, oğurluq, zina, rüşvət və bu kimi şeylərdən uzaq olmağımız, aqibətimizi dəyişə bilməyimiz, ən yaxşı nə varsa onu əldə etməyimiz və neqativlərdən çəkinməyimiz bu kitabın misiyalarından biridir. 

Sonda meymun olacağını gözləyən şairimizə bildirmək istərdim ki, Qurani-Kərim bizi meymuna çevirmək üçün yox, insani dəyərlərə sahib olmağımız üçün gəlib. Və bu kitabın gücü insanlığa töhvə və həyat verməsindədir, nəinki bəşəri heyvana çevirməsində.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 07:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com