28 il.
Belə demək mümkünsə, bir igidin ömrüdür.
Bəlkə də, artığıdır.
Kimləri görmədik bu illərdə; igidləri, kişiləri, kişi qeyrətli xanımları və onları xalqa təqdim edənləri.
Amma təqdim edə bilirikmi? Onların göstərdikləri fədakarlıqlara layiqdirmi bu təqdimatlar?
Məncə, xeyr!
Götürək elə 20 Yanvar faciəsini.
Hər il faciəyə bir neçə gün qalmış düşürük əl-ayağa. Rayonlardan başlamış, düz Bakıya qədər dövlət idarələri formal toplantı keçirirlər.
İdarə rəhbərləri standart, internetdən tapdıqları bu mətni tribunadan oxuyurlar:
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir...”
Daha sonra 1-2 dənə də şeir söyləyirlər, vəssalam.
Ən uzağı TV-lərdən də bir çəkiliş qrupu çağırırlar ki, hamı bunların işlədiyini görsün.
Ondan sonra 26 fevral gününə kimi “qəmli” tədbirlərə fasilə elan olunur. Xocalının anım günü də toplaşırlar, standart mətn oxuyurlar, bəzən də ötən ilki mətni oxuyurlar, faciənin neçənci ildönümü olduğunu unudurlar, elə köhnə rəqəmi səsləndirirlər, ya da şəhidlərin üstünə gül qoyurlar.
Bizim faciəyə münasibətimiz budur.
Hamı ümumi formada 20 Yanvar və Xocalı soyqırımlarını Sovet ordusunun törətdiyini deyir. Əmr verən isə sadəcə Mixail Qorbaçov olub. Bəs icraçılar, onların adını niyə heç kəs hallandırmır?
Təəccüblü deyil ki, hələ də Azərbaycan parlamenti Xocalı faciəsini soyqırım kimi tanımayıb. Niyə? Çünki istintaq gedir.
Təsəvvür edirsiniz, 26 ildir istintaq gedir. Amma kimin istintaqı, bax bunu sadə vətəndaşlara açıqlayan yoxdur, sanki, dövlət sirridir.
TV-lərimiz, hansı ki, təbliğatımızın əsas ruporları hesab olunurlar, bəs onlar neynirlər?
Mən deyim, heç nə!
1-2 veriliş, vəssalam. Bütün günü sifmoniya, “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə”, “Fəryad”, “Dolu”, “Xoca”, “Ağ atlı oğlan” filmləri. Bu da oldu təbliğat.
Bağışlayın, az qala yadımdan çıxmışdı. Bizim TV-lərimiz faciələrimizin yaşandığı günlər repertuarlarını bir qədər də zənginləşdirmək üçün o filmləri yayımlayırlar ki, məhz həmin filmlərin istehsal edildiyi ölkələr bizim bədbəxtiçiliyimizin səbəbkarlarıdırlar. Yəni bunların əlində 10 dənə vətənpərvərlikdən bəhs edən və son 25-30 ilin istehsalı olan Azərbaycan filmi yoxdur ki, özəl günlərdə yayımlasınlar. Ona görə də, “Köhnə tüfəng”, “Dunkerk”, “Patriot”, “Sağ qalmış”, “Şindlerin siyahısı”, “Əsgər Rayanı xilas etmək”, “Senturion” və “Mexanik” kimi filmləri yayımlayırlar.
Olmazdımı ki, gic-gic, bayağı filmlərə pul ayırdığınıza, bir dəfə də hərdən guya tutan vətənpərvərlik damarınız qəhrəmanlarımızdan film çəkilməsinə maliyyə ayırsın?
Mövzu qıtlığıdır?
20 Yanvardan niyə bir dənə film çəkilmir? Birini Vahid Naxış çəkib, “Qanlı Yanvar”. Sonra?
Bəs Xocalıdan nə çəkmişik? “Fəryad”. Bəs sonra?
Film çəkmirsiniz, cəhənnəmə, heç olmasa çəkdiyiniz gic-gic serialların ssenarisini elə yazın ki, əlamətdar günlərdə ona aid 5 dəqiqəlik kadrlar olsun. Bu qədərmi çətindir?
Elə sonuncu Aprel döyüşlərindən bir serial çəkmək olardı, gəl görəsən. Tamaşaçını TV arxasından ayırmaq olmazdı. Ya da Mübariz İbrahimovun, Allahverdi Bağırovun, Albert Aqarunovun, Çingiz Mustafayevin, Vəzir Orucovun və s. qəhrəmanlığından. Amerika realda olmayan “Rembo” ilə illərlə bütün dünyada meydan suladı, Əfqanıstandan vurdu, Vyetnamdan çıxdı, özü də məğlub durumunda. Amma “Rembo”nu elə oynatdı ki, tövlədən qorxusundan inəklər də bala salırdı.
Qısası, istəsəz, edə bilərsiz!
Növbəti ildə sizlərə bu iradlar üzərində düşünərək nəticə çıxarmanızı arzu edirəm.
Sonda isə demək istəyirəm ki, bütün Azərbaycan xalqı tüpürsün Vətəndən danışıb, Vətən üçün yanmayanların sifətinə. Amma yox, heyfdir o tüpürcək...
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...