BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermə keçirildi. Keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı ləğv edildi. Səsvermədə BMT üzvü olan 192 ölkədən qətnamənin lehinə 128, əleyhinə 9 ölkə səs verdi, 35 ölkə bitərəf qaldı, 21 ölkə isə səsvermədə iştirak etmədi. Bu səsvermənin nəticəsi onu göstərdi ki, Trampın qərarı beynəlxalq birlik tərəfindən qəbul edilmir.
Qətnamənin əleyhinə səs verənlər ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo oldu. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qaldı.
Gürcüstan, Ukrayna, Moldova, Monqolustan, Türkmənistan, Mərkəzi Afrika Respublikası da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.
Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.
Qeyd etmək yerinə düşərdi ki, BMT bütün tarixi ərzində 10 dəfə fövqəladə toplantı keçirib. Həmin toplantılar bunlardır:
- Yaxın Şərq (1958 və 1967);
- Macarıstan (1956);
- Süveyş böhranı (1956);
- Konqo (1960);
- Əfqanıstan (1980);
- Fələstin (1980 və 1982);
- Namibi (1981);
- İşğal edilmiş ərəb əraziləri (1982);
- Şərqi Qüds və işğal edilmiş Fələstin ərazilərində İsrailin qeyri-qanuni hərəkətləri (1997).
1997-ci ildə başlayan bu sonuncu fövqəladə iclas hələ də rəsmi olaraq başa çatmayıb. Assambleya onun işini müvəqqəti olaraq dayandırıb və üzv dövlətlərin istəyi ilə Assambleya sədrinə onun işinin bərpası səlahiyyəti verilib.
O vaxtdan işğal olunmuş Fələstin ərazilərində İsrailin qanunsuz hərəkətləri ilə əlaqədar dəfələrlə - 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004 və 2006-ci illərdə toplantı keçirilib.
Bu səsvermə prosesində diqqət ediləsi iki əsas məqam var. Birinci məqam ABŞ prezidenti Donald Trampın səsvermədən öncəki hədəsi, ikinci isə əleyhinə və bitər səsi verənlər, o cümlədən səsvermədə iştirak etməyən ölkələrlə bağlıdır.
Tramp səsvermədən bir gün öncə BMT-nin Baş Assambleyasında müzakirə ediləcək Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələyərək, “onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. Əladır, qoy səs versinlər – biz bunu nəzərə alıb xeyli pula qənaət edərik. Bu bizi narahat etmir”, - deyə bildirmişdi.
Diqqət yetirdinizsə, bu, hədə tonudur. Hədələyən isə özünü demokratiyanın beşiyi adlandıran, özünü demokratiyanın müdafiəçisi kimi qələmə verən bir ölkənin başçısıdır.
Bəs harda qaldı azadlıq, demokratiya? Məgər səsvermə azad deyil, hər kəs və ya hər ölkə öz seçimini edə bilməz? Tramp tərəfdən baxanda yəqin ki, bu mümkün deyil. Siyahıya baxanda da əslində əleyhinə səs verən ölkələrin barmaq işarəsi ilə oturub durduğu görünür. Elə bitərəflər və səsvermədə iştirak etməyənlərin əksəriyyəti də bu qəbildəndir: Toqo, Nauru, Palau, Benin, Butan, Kiribati, Tonqa, Timor, Samoa, Kenya və sair.
Bu siyahını uzatmaq da olar, amma əhəmiyyətsizdir. Çünki sözügedən ölkələrdəki yaşayış səviyyəsinə diqqət yetirdikdə, bunu aydın görmək olar. Amma iş orasındadır ki, məhz əlaltısı olduqları ölkə, yəni ABŞ onların yaşayış səviyyəsinin yüksəldilməsində maraqlı deyil. ABŞ-ın onlara ayırdığı maliyyə isə, hansı ki, Tramp verməyəcəyi ilə hədələyir, xalqın rifahı üçün deyil, buyruq qulu olan dövlət başçısının cibi üçündür.
Bu da hamısı deyil. Qətnaməyə səs verənlərin siyahısında da maraqlı adlar var. Ola bilsin kimsə düşünsün ki, səsvermədə iştirak etməyiblər, mövqe göstərməyiblər. Amma siyahıya baxanda həmin ölkələrin hansı dərəcədə müstəqil olduqları aydın görünür. Bu ölkələrdən biri 1991-ci ildən Dnestr çayının şərqdəki ərazilərində qondarma Dnestryanı Moldova Respublikası qurulmuş Moldovadır. Digəri Abxaziya və Osetiya kimi problemləri olan qonşumuz Gürcüstandır. Biri isə Krım boyda ərazisi Rusiya tərəfindən ilhaq edilmiş Ukraynadır.
Bu o deməkdirmi ki, Moldova, Gürcüstan və Ukrayna ərazilərinin işğalı ilə razıdırlar? Axı qətnamədə Qüdsün işğalı pislənilir. Bəs harada qaldı müstəqil, demokratik dövlət iddiaları? Bir dövlət ki, adi bir hədə nəticəsində özü ilə eyni mövqedə olan Fələstinin ərazilərinin işğalına göz yumur, onda hansı haqla Krımdan, Abxaziyadan, Osetiyadan, Dnestryanı ərazilərdən danışır? Sadəcə bir hədə hər şeyi həll etdi. Bu həm də bir daha onu göstərdi ki, ABŞ BMT qərarlarını saymayacaq dərəcədə hegemondur. Əgər saysaydı, BMT qərarının əksinə olaraq İraqı işğal etməzdi, əgər saysaydı, dərhal Qüdslə bağlı qərar ləğv edilərdi. İsrail də saymır. Əgər saysaydı - 10 fövqəladə toplantıdan 3-ü onun barəsində keçirilib və sonuncusu hələ də başa çatmayıb - tələb olunanları yerinə yetirərdi. Heç Ermənistan da saymır. Əgər saysaydı, BMT tərəfindən Qarabağ barədə qəbul edilmiş 4 qətnaməni yerinə yetirərdi.
Görünən budur ki, BMT-ni ümumiyyətlə heç kəs saymır. BMT sadəcə olaraq kiçik ölkələrdən xərac alıb, böyükləri yedirtmək üçün fəaliyyət göstərir.
Sonuncu məqam isə ümumilikdə səsvermədə iştirak etməyən, əleyhinə səs verən və bitərəf qalanlarla bağlıdır. Bu 3 siyahıda olan 65 dövlətin içərisində 4-5 sanballı dövlət var, qalanlarının 90 faizinin heç xəritədə yerini bilən yoxdur. ABŞ həmin siyahıya baxsa, kimlərin ümidinə qaldığını yaxşı görə bilər. Amma görünür baxmaq istəmir. Əgər baxsaydı utandığından ziyafət təşkil etməzdi.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib ki, ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək. O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti adlandırıb. Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.
Məhz bu dəvət və ziyafətin adı yuxarıda dediklərimi təsdiq edir: ABŞ-ın hədəsindən qorxanlar əleyhinə səs verdi, bitərəf qaldı və səsvermədə iştirak etmədi.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...