Aşağıdakı siyahı bir müddət İngiltərənin (digər adları Birləşmiş Krallıq, Böyük Britaniya) idarə etdiyi və sümürdüyü, daha sonra isə müstəqillik qazanan ölkələrin siyahısıdır. Bəzi ölkələrin müstəqilliklərini qazanması bir müddət davam etdiyi üçün (müharibələr və
mübarizə), dəqiqləşən son tarix müstəqillik tarixi kimi verilib.
İngilislərin nəzarəti və rəhbərliyi altında olan ölkələrdən ayrılan və ya müstəqillik qazanan ölkələr ingilislərdən deyil, ingilislərin saxladığı ölkədən müstəqillik qazanmış kimi göründüyü üçün, bəzi ölkələr aşağıdakı siyahıda yer almır.
Məsələnin başqa bir tərəfi isə budur ki, bəzi dövlətlər müstəqillik qazanmalarına baxmayaraq, hələ də İngiltərənin nəzarəti orada var. Misal üçün Hindistan müstəqil olsa da, hələ də orada rəsmi dövlət dili İngilis dilidir. İngiltərədən başqa, Britaniya kraliçası II Yelizaveta bir çox başqa ölkələrin hökumətinə də tam nəzarət edir. Məsələn, o, istədiyi an Avstraliya, Yeni Zelandiya, Kanada və digər Britaniya Birlik Ölkələrinin rəhbərlərini istefaya göndərə bilər.
Qeyd etmək yerinə düşərdi ki, daim dünya ictimaiyyətinə Britaniyadakı krallıq rejiminin simvolik xarakter daşıdığını söyləyirlər. Amma görünən odur ki, kraliça formal xarakter daşımır və Britaniya başda olmaqla bir neçə dövlətin (hələ bizə məlum olan) hakimiyyətinə tam surətdə nəzarət edir. Onun dünya siyasətinə yön verir.
Aşağıda təqdim etdiyimiz siyahıda da bunu açıq-aydın görmək mümkündür. İngiltərədən müstəqilliyini qazanmış təxminən 60 dövlətin 11-də dövlət başçısı yeni kraliça II Yelizavetadır, 7-də krallıq hakimiyyətidir, Nepalda isə 2008-ci ilə kimi Kral hakimiyyəti olub.
Əgər müstəqil olduğu bildirilən Kanada, Avstraliya, Yeni Zellandiya kimi böyük və inkişaf etmiş dövlətlərdə hələ də II Yelizavetanın sözü üstündür, onda necə düşünmək olar ki, digər kiçik dövlətlər İngiltərədən tam müstəqil olublar. Aşağıdakı dövlətlərdən sadəcə 1-2-ni çıxmaq şərti ilə digərilərinin idarəçilik sistemində və yürütdüyü siyasətdə yenə də Böyük Britaniyanın dəsti-xəttini görmək mümkündür.
Görünən isə odur ki, dünyada hegemon dövlətlərin işğal siyasəti bu gün də davam edir. Sadəcə başqa formada: hakimiyyətlər "diktatura rejimi" adlandırılır, dövlətlər işğal edilir, parçalanır. Bu gün Yaxın Şərqdə baş verən proseslər də bu siyasətin tərkib hissəsidir. Səbəb isə aydındır: daha çox əraziyə nəzarət etmək, sümürmək. Təbii ehtiyatlarını, mənəviyyatını alt-üst etdikdən sonra isə müstəqil olsalar da heç nə dəyişmir. Çünki beyinlərə yedirilmiş fikirlər həmin müstəqil dövlətlərin kiminsə nəzarəti olmadan yaşaya bilməyəcəkləri düşüncələrini formalaşdırır. Diqqət etsək görərik ki, aşağıda göstərilən ölkələrin böyük əksəriyyətinin rəsmi dövlət dili İngiliscədir.
Ölkələr |
Müstəqillik tarixi |
|
Əfqanıstan |
19 avqust 1919 |
İngilis-Əfqan (Ravalpindi) müqaviləsi ilə (İngilis-Əfqan müharibəsindən sonra) İngiltərə Əfqanıstanın müstəqilliyini tanıyır. |
Antiqua və Barbua |
1 noyabr 1982 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
Avstraliya |
1 yanvar 1901 |
Papua Yeni Qvineya da Avstraliyadan müstəqilliyini 16 sentyabr 1975-ci ildə qazanıb |
Bəhreyn |
15 avqust 1971 |
Ölkə başçısı: Kral |
Barbados |
30 noyabr 1966 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
Beliz |
22 sentyabr 1981 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
Botsvana |
30 sentyabr 1966 |
|
Bruney |
1 yanvar 1984 |
Ölkə başçısı: Kral |
Kanada |
1 iyul 1867 |
|
Kipr |
1 oktyabr 1960 |
|
Dominikan |
3 noyabr 1978 |
|
Misir |
28 fevral 1922 |
|
Fici |
10 oktyabr 1970 |
|
Qambia |
18 fevral 1965 |
|
Qana |
6 mart 1957 |
|
Qrenada |
7 fevral 1974 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
Quyana |
26 may 1966 |
|
Hindistan |
15 avqust 1947 |
|
İraq |
3 oktyabr 1932 |
|
Yamayka |
6 avqust 1962 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
İordaniya |
25 may 1946 |
Ölkə başçısı: Kral |
Kenya |
12 dekabr 1963 |
|
Kiribati |
12 iyul 1979 |
|
Küveyt |
25 fevral 1961 |
|
Lesoto |
4 oktyabr 1966 |
|
Malavi |
6 iyul 1964 |
|
Malaziya |
31 avuqst 1957 |
Ölkə başçısı: Kral |
Maldiv adaları |
26 iyul 1965 |
|
Malta |
21 sentyabr 1964 |
|
Mavriki |
12 mart 1968 |
|
Myanma |
4 ocak 1948 |
Birma adı ilə müstəqilliyini qazanıb. 1989-cu ildə Myanma olaraq dəyişdirilib. İngiltərə dövləti isə rəsmi olaraq hələ də Birma adından istifadə edir. |
Nauru |
31 yanvar 1968 |
|
Yeni Zellandiya |
26 sentyabr 1907 |
Ölkə başçısı: Kraliça II Yelizaveta |
Nigeriya |
1 oktyabr 1960 |
|
Pakistan |
14 avqust 1947 |
|
Bölmənin digər xəbərləri
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...
|