ABŞ rəhbərliyi Azərbaycanın işğal altında olan torpaqları barədə mövqeyini ortaya qoyub. TASS agentliyinin yazdığına görə, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumunda çıxış edərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.
O bildirib ki, müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə və onların nizamlanması hazırda mümkünsüz görünür. "Çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.
Maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ 25 ildir işğal altında olan, 20 ildir atəşkəs rejimi tətbiq edilən Qarabağda münaqişənin həlli üçün şəraitin nə zaman yaranacağını düşünür? Bütün dünyanın Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Qarabağdan ermənilərə, daha doğrusu Ermənistana "çıx" demək bu qədərmi çətindir ABŞ üçün? Azərbaycan rəsmi şəkildə Prezident səviyyəsində öz mövqeyini ilk gündən ortaya qoyub və qeyd şərtsiz olaraq torpaqlarının boşaldılmasını tələb edir. Ermənistan isə 25 ildir işğalçılıq siyasətindən əl çəkmir. Burada, "liderlər buna hazır deyillər" söyləmək ikiüzlü siyasətin təzahürü kimi görünmürmü? Bəlkə Kerri, "liderlər buna hazır deyillər" söyləməklə Azərbaycanı nəzərdə tutur, yəni Azərbaycanın geri addım atacağını, Ermənistana güzəştə gedəcəyini düşünür? Əgər bu cür düşünürsə, təəccüblü deyil. Çünki tarixi boyu ancaq işğalçılıq siyasəti həyata keçirən bir dövlətin rəhbərliyi heç zaman haqlının tərəfində ola bilməz. Haqlının tərəfində olmaq üçün ABŞ gərək birinci özü işğal etdiyi torpaqlardan çəkilə, ondan sonra işğalçı Ermənistandan tələb edə.
Kerrinin Qarabağla bağlı fikirlərinin ardınca söylədiyi sözlər də onun işağlının tərəfində olduğuna daha bir sübutdur.
“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib.
"İnsanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə" sözləri nə deməkdir? Yəni 65 ildir işğal altında olan Fələstində qalan fəlsətinlilər də qərar qəbul edib, oranı tərk etməli və doğma torpaqlarını İsrailə verməlidirlər, hər şeyi unutmalıdırlar.
Bu siyahını uzatmaq da olar. Misal üçün Suriyada Bəşşar Əsəd güzəştə gedib, ölkəsini İŞİD terrorçularına verməlidirlər. Eləcə də İraqda hökumət geri durmalıdır, ABŞ da ölkəni 3 yerə bölməlidir. Liviyadan danışmağa dəyməz, oranı artıq ABŞ, Fransa, İngiltərə üçlüyü məhv ediblər. Əfqanıstan elə, Yəmən belə. Harada Amerikanın barmağı görünür, orada münaqişə var, işğal var.
Bəlkə elə deyil? Bəlkə kimsə Amerikanın hansısa münaqişəni indiyə kimi həll etdiyini görüb? Ola bilsin həll edib, amma münaqişə tərəflərdən birini hökmən öz caynağına keçirib.
- 05-11-2019 Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin
- 16-10-2019 Gülümsəyin bəylər...
- 18-09-2019 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 22-05-2019 Tupoya görə danışanlar, it balasına görə susurlar
- 12-09-2018 Lənət olsun içinizdəki terrorçu sevgisinə
- 10-09-2018 Bəsrədə yandırılan binalar, xalqın etirazı və Bağdadda sıxılan güllə
- 05-07-2018 2 faciənin 1 səbəbi: SAYMAMAZLIQ!
- 21-06-2018 ŞORTUk
- 25-04-2018 Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma...
- 22-01-2018 Azərbaycan xalqının tüpürcəyi
- 17-01-2018 Ayə, harıya gedersiniz ayə?!
- 22-12-2017 Görün demokratiya kimlərin ümidinə qalıb
- 07-12-2017 Mikayıl Cabbarov təhsili pis günə qoydumu?
- 02-10-2017 Zahid Oruca bir cümlə yazmaq istədim, amma...
- 29-08-2017 Ölkələr fərqli, amma acı eynidir
- 22-08-2017 Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar
- 07-04-2017 Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar
- 14-03-2017 Mən ləzgiyəm, mən talışam, mən rusam...
- 09-01-2017 Başıbəlalı “Qarabağ tarixi” kitabı
- 06-12-2016 Xəritəyə baxıb görmədiyimiz 60-a yaxın QUL ÖLKƏ
- 13-10-2016 Mən səni söyürəm, sən məni söymə
- 05-10-2016 Bu da Amerika rəhbərliyinin Qarabağ barədə iyrənc düşüncələrinin sübutu
- 20-04-2016 Babamın Vətən həsrəti
- 19-10-2015 Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
- 15-10-2015 Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir
- 04-03-2014 Namus, qeyrət, bir də havayı maşın
- 01-11-2013 Demokratiyanın üz qarasını hicabla sildilər
- 13-09-2013 İşi başından aşan adam
- 23-08-2013 17 saniyəlik Qarabağ hayqırtısı
- 27-06-2013 Üç ataya bir ata nümunəsi
- 04-06-2013 Siyasətçiləri siyasətçi edən medianın "ENTER"idir
- 01-06-2013 Bir ağacın şahidliyi
- 24-05-2013 Yalana inanmaq üçün onu çox danışmaq lazımdır
- 04-05-2013 Bizə yedirdilən 10 qəpiklər
- 15-04-2013 Əmi canı, qorxusu var!
- 07-02-2013 Ölməmmi gərək?!
- 22-12-2012 "Mayya Təqvimi" baş tutmadı. Növbəti Qiyamətə hazırlaşın
- 21-11-2012 Tağı Əhmədova dəstək verək!
- 11/09/2012 Ləhlü-lülü
- 07/08/2012 MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR
- 02/08/2012 "SƏNİ AXTARIRAM" VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ
- 11/06/2012 BAYRAĞIMIZIN TƏHQİRİ ARTIQ ADİLƏŞİB
- 17/04/2012 BAKININ LİFTLƏRİ, FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ, LİFT İDARƏSİ VƏ 150 MANAT PUL
- 17/10/2011 1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
- 16/08/2011 TUĞRA NƏDİR?
- 02/07/2011 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ
- 01/06/2011 İBNİ FAZİL KİMDİR?
- 21/05/2011 QƏRBİ QƏRB EDƏN İSLAM ALİMLƏRİ
- 26/02/2011 7 SAYLI MƏKTƏBDƏ GÖRDÜKLƏRİM
- 06/12/2010 MİSİR MÜƏLLİMƏ BİR ÇANTA "NİYƏ?"
- 25/10/2010 RAUF ARİFOĞLUNUN MARAQLI TƏKZİBİ
- 13/10/2010 BU ŞİLLƏDƏN HƏLƏ ÇOX DANIŞILACAQ
- 04/10/2010 BİZİ BİRLƏŞDİRƏN DƏYƏR
- 01/08/2010 ANA(LOQSUZ) MÜXALİFƏT
- 05/07/2010 SAMİR SƏDAQƏTOĞLU, RAFİQ TAĞI, ELDƏNİZ ELGÜN...
- 24/04/2010 SƏRHƏD AÇILIMI: BƏHANƏ, YOXSA..?
- 26/03/2010 ...HƏM DƏ...
- 22/02/2010 Müsəlman deyilsə, hər şey qəbuldur
- 02/01/2010 2012
- 11/11/2009 Sifarişli yazıya sifarişsiz cavab
- 28/10/2009 Bunun Azərbaycana heç dəxli yoxdur
- 08/09/2009 Amerikanın silah satışları niyə artıb?
- 25/08/2009 Şərəfsizlik də bir yerə qədər
- 06/08/2009 Amerika "humanizmi"nin fəsadları
- 23/07/2009 Coca Colanın içindəki təhlükəli sirr...!
- 18/07/2009 NATO-nun demarşı çalınır
- 24/05/2009 Məhvolma gəlib çatmadımı?!
- 23/05/2009 Çöküşün səbəbi elə budur
- 22/05/2009 Cəmiyyətlərin əcəli
- 05/05/2009 Bəşəri nizamların sonu artıq yaxınlaşıb
- 11/04/2009 Beynəlxalq sistemin yeni aktyorları
- 01/04/2009 QƏZZANIN ÇƏKDİYİ ACI...