Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib.Azərbaycanda isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Bəs görəsən Azərbaycanda müəllim statusuna malik insanlar bu gündə həqiqətən bayram keçirə bilirlərmi? Müəllimlərin sosial rifahı, iqtisadi və psixoloji durumu onlara bayram keçirməyə imkan verirmi? Bu suallar məni daima narahat edib. Çünki müəllimlərin durumunun yaxşı olmaması və onların işlərinə həvəslə yanaşmaması, ümumilikdə təhsilin səviyyəsinin aşağı olması həmin cəmiyyətin acınacaqlı vəziyyətdə olmasının göstəricisidir. İstənilən cəmiyyət və ya ölkənin sütunu 3 struktur üzərində formalaşır. Bunlar təhsil, səhiyyə və ordudur. Bunların hər üçü isə təhsildən asılı vəziyyətdədir. Elm, təhsil və savad inkişaf etməyən cəmiyyətdə nə güclü həkim, nə hərbçi, nə iqtisadçı və nə də başqa bir mütəxəssis yetişə bilər.
Heç kim sözümü qəribçiliyə salmasın. Mən bu sözlərimlə demək istəmirəm ki, Azərbaycanda vəziyyət bərbaddır. Etiraf etmək lazımdır ki, Azərbaycanın həmişə peşəkar, pedaqoq və işini sevən müəllimləri və mütəxəssisləri olub. Lakin mövcud durum bunu deməyə əsas verir ki, bizdə ümumilikdə təhsilin səviyyəsi o qədər də yaxşı deyil. Bunun ən başlıca səbəblərindən biri təhsil sistemindəki boşluqlar, müəllimlərin əmək haqlarının aşağı olması və məktəblərin hamısının durumunun yaxşı olmamasıdır. Bayram günündə pessimizmə qapılmaq və müəllimlərin qanını qaraltmaq istəmirəm. Sadəcə ümid etmək istəyirəm ki, bizim ölkədə müəllimlər həqiqətən öz bayramlarını layiq olduqları tərzdə keçirəcəklər. Mənə görə isə bu gün həmin gün olacaq ki, hansısa müəllim öz şagirdinin ona hədiyyə alacağını gözləməyəcək, pedaqoqun əmək haqqı onun repititor kimi fəaliyyət göstərməsinə sürükləməyəcək.
Sonda bir daha müəllimləri təbrik edir və onlara dərin minnətdarlığımı bildirirəm. Onlar həqiqətən müqəddəs peşənin davamçılarıdır. Bizim bu gün əldə etdiklərimizin böyük hissəsi məhz müəllimlərimizin bizlərə öyrətdikləri sayəsində qazanılıb. Odur ki, gəlin bu müqəddəs insanlara hörmət edək, sevək və onları daima uca məqamda qalmaları üçün əlimizdən gələni əsirgəməyək.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan