Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçiləri üçün 2014-cü il heç də asan keçməyəcək. Şirkət ötən ilin sonlarından ixtisarlara başlayıb. ARDNŞ-in yaxın illərdə 20 mindən artıq işçisi ilə vidalaşması gözlənilir. Təbii sadə sual yaranır: ixtisarların səbəbi nədir və ümumiyyətlə şirkətin kadr bazasının balacalaşdırılmasına ehtiyac varmı?
İxtisarların səbəblərinə hələlik toxunmadan qeyd etmək istərdik ki, məsələnin həm iqtisadi, həm də sosial tərəfləri var. Məsələnin iqtisadi tərəfi eyni zamanda bu ixtisarların səbəbidir. Əvvəla, iqtisadi baxımdan nə qədər təəccüblü görünsə də, şirkətdə ixtisarlara ehtiyac var və ARDNŞ bütün hallarda işçilərin sayını azaltmalıdır. Bunun izahatı sadədir: 66 min 200 işçiyə malik olan Dövlət Neft Şirkəti ildə 8.3 milyon ton xam neft və 6.9 milyard kub metr mavi qaz hasil edir. 3 min işçiyə malik olan BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan digər üzvlər ilə birlikdə ildə 35.1 milyon ton xam neft və 20.0 milyard kub metr mavi qaz çıxarır. Deməli, işçilərin sayı 20 dəfə az olan xarici şirkət ARDNŞ-ə nisbətən 4.2 dəfə çox neft, 2.9 dəfə çox mavi qaz hasil edir. Bu isə o deməkdir ki, ABƏŞ-də çalışan hər nəfər orta hesabla ildə 8.8 min ton neft, 5 milyon kub metr isə qaz istehsal edir. Adambaşına hesablanan bu göstəricilər ARDNŞ-də tamamilə fərqlidir: bizim şirkətdə hər bir nəfər orta hesabla 125 ton neft, 104.2 min kub metr mavi qaz istehsal edir. Göründüyü kimi, söhbət heç də faiz fərqlərdən deyil, dəfələrlə ifadə edilən nisbətdən gedir. Onu da nəzərə alsaq ki, ABƏŞ-də çalışanların 85.0 faizi yerli işçilərdir deməli, xaricilər heç də “kənar qüvvələr” deyil, “daxili potensialımız” hesabına bunu edir. Digər tərəfdən, ARDNŞ-in texnoloji baxımdan heç də xaricilərdən zəif ilahlanmadığını” nəzərə aldıqda problemin innovasiya ilə bağlı olmadığı da bəlli olur. Düzdür, Dövlət Neft Şirkətinin mavi qaz istehsal etdiyi bəzi quyular rentabelli deyil və həmin yataqlardan hasilat çox xərclidir. Hətta xarici şirkətlər də sözügedən quyularda hasilatda maraqlı deyillər. Amma bununla belə, bu heç də daha az istehsalın sözügedən çətinliklə əlaqəli olması anlamına gəlməməlidir. Belə olan halda isə, ARDNŞ-in şişmiş heyətinin kiçildilməsi olduqca vacibdir. Əks halda, Dövlət Neft Şirkəti uzun müddətli dövrdə nə müqayisəli nə də mütləq rentabellik əmsalına malik olması çətin olacaq.
İkincisi, ARDNŞ-in sosial hətta tikinti yönümlü iri treslər və ya şöbələr saxlaması iqtisadi baxımdan doğru olmamaqla yanaşı, həmçinin vəsaitlərin səmərəli xərclənməsi imkanlarını və o cümlədən şəffaflığı azaldır. Belə ki, Dövlət Neft Şirkəti nəinki məktəb, hətta birbaşa onun fəaliyyəti ilə bağlı olan hər hansı inşaat işini özü həyata keçirməməlidir. Bunun üçün ARDNŞ tender elan edərək daha yaxşı təklifə malik olan kənar şirkətə həmin sifarişi verməlidir. Bununla da, şirkət kifayət qədər böyük işçi heyətinə malik olan tres və ya şöbələri saxlamamaqla vəsaitə qənaət edərək daha uyğun və xeyli ucuz şərtlər ilə həmin işi sifariş verir.
Üçüncüsü, sifarişlərin kənar şirkətlərə tender əsasında verilməsi vəsaitlərin xərclənməsindəki şəffaflığı artıra bilər. Bunun üçün, bir sıra digər neft ölkələrində olduğu kimi Neft Şirkəti vətəndaş cəmiyyəti, mətbuat və akademik sferanın nümayəndəsinin də daxil olduğu xüsusi tender qiymətləndirmə komissiyası yaradır və seçimi də sözügedən qrup müəyyənləşdirir. Bu artıq, qərarlarda şəffaflığın təmin edilməsi baxımdan əhəmiyyətli addım olacaq.
Dördüncüsü, ARDNŞ-də çalışan işçilərin 21 600 nəfəri fəhlə kateqoriyasına daxil olmayan əməkdaşlardır. Yəni, Dövlət Neft Şirkətində fəhlə olmayanların sayı 20 mindən çoxdur. Bu isə neft hasilatının 73,0 faizini verən ABƏŞ-in bütün işçilərinin sayından 5 dəfə çoxdur. Deməli, ARDNŞ yalnız və daha çox fəhlələr ilə deyil, eləcə də “müdirlər” ilə də vidalaşmalıdır.
Deməli, neft şirkəti ixtisarlara hökumən getməlidir, təbii ki, öndə qeyd etdiyimiz kimi məsələnin sosial tərəfi də diqqətdən yayınmamalıdır. ARDNŞ-in kütləvi ixtisarları əmək bazarında işsizlərin sayını kəskin artıracaq. Düzdür, ixtisarlar şirkətə işini qoruyub saxlayan işçilərin əmək haqqlarını artırmaq imkani verəcək. Amma ixtisar olunan işçilərin əksəriyyətinin qısa zamanda işlə təmi olunacağı güman edilmir. Buna görə də, şirkət işdən azad etdiyi işçilər üçün xüsusi kompansasiya məbləğləri müəyyənləşdirməlidir. Eyni zamanda, qonşu Rusiyada olduğu kimi onların yeni işlə təmin olunması üçün pusluz ixtisas dəyişmə kursları təşkil etməlidir.
Beləliklə, uzun müddətdir nəinki tədqiqat institutlarının eləcə də audit şirkətlərinin tələbi və ya təklifi olan ARDNŞ-in “balacalaşdırılması” göründüyü kimi, bu heç də sadə islahat deyil: çünki iqtisadi əsaslandırmalar heç də həmişə öndə olmur.
- 10-04-2018 Mərkəzi Bank interval məzənnəyə üstünlük verməlidir
- 05-12-2017 Gələn ay pensiya məbləği neçə faiz artacaq?
- 20-09-2017 Mərkəzi Bank bahalı manatda maraqlı deyil
- 19-04-2016 Borc bataqlığına aparan lombardların fəaliyyətinə “yaşıl işıq” yandırılır
- 23-01-2016 Heç kim bizi növbəti kəskin devalvasiyadan sığortalaya bilməz
- 25-08-2014 Ömrünü atılan güllələr hesabına uzatmağa çalışan hökümət
- 17-04-2014 Yeni fərman aqrar sektorda nəyi dəyişəcək?
- 15-04-2014 Alınan mallar geri qaytarılmalıdırmı?
- 09-04-2014 Rusiya-Ukrayna münaqişəsinin iqtisadi reallıqları
- 01-04-2014 İqtisadçı subsidiyalarla bağlı hökumətə təklif verdi
- 28-04-2014 Gələn aydan maşınların qiyməti qalxacaq
- 19-04-2014 "Avropa Birliyi Azərbaycana dəstək verməlidir"
- 13-03-2014 Sənaye ilinin tədbirlər planı nə vəd edir?
- 04-03-2014 Yeni sahibkarlıq fərmanı nəyi dəyişəcək?
- 03-03-2014 “Sovetski”dəki kredit girovundakı evlərin taleyi necə olacaq?
- 28-02-2014 Maliyyə Nazirliyinin hesabatına iqtisadçı-alimdən reaksiya
- 27-02-2014 İcbari Tibbi Sığorta: 15 illik həsrətin sonu?
- 24-02-2014 Qaranlıq zirzəmidə lombardların qaranlıq işləri
- 20-02-2014 Tikinti şirkətlərinin fırıldaqlarına necə son qoymaq olar?
- 11-02-2014 Bank sektorunda nələr baş verir?
- 10-02-2014 Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir
- 21-01-2014 Ekspert "avro-4"lə bağlı fikirlərini açıqladı
- 15-01-2014 Daha bir reytinq cədvəlindən Ermənistandan geri düşdük
- 13-01-2014 “Rəqabət Məcəlləsi"nin qəbulu sürətləndirilməlidir
- 09-01-2014 Azərbaycan banklarındakı 2 milyard manatlıq əmanət təhlükədə
- 07-01-2014 ARDNŞ-in yaxın illərdə 20 mindən artıq işçisi ilə vidalaşması gözlənilir
- 28-12-2013 2013-cü ildə əmlak bazarında 12,0 faizə yaxın qiymət artımı müşahidə edilib
- 16-12-2013 "Şahdəniz-2" layihəsindən nə gözləyirik?