Ağıl - dogru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir. Lakin əfsuslar olsun ki, bu günümüzdə doğrunu yalnış bilən və fikir yürütmək əvəzinə kor-koranə tənqid edən insanlar özlərini ağıllı kimi göstərmək istəyirlər. Sosial şəbəkələrdə fikirlərini İslam dini və onun ardıcıllarına ayrıan bu “ağıllı”lar məntiqsiz, dəlilsiz və heç bir əsası olmayan iradlarla müsəlmanları narahat etməklə məşğuldur. İslam müqəddəslərinə dil uzatmaq və dində vacib buyurulan əməlləri ələ salmaqla özlərini müasir, demokrat və inkişaf etmiş kimi göstərən bu cənablar əslində bəyənmədiyi müsəlmanlardan qat-qat geridədirlər. Etiaf edirəm ki, dindarlar içində də bəzi mənfi fikirdə olan şəxslər mövcuddur ki, onların fəaliyyəti müsəlman icmaları və təşkilatlarına böyük zərər vurur. Lakin bu şəxslər qeyd etdiyim kimi az bir kütləni təmsil edir ki, onları da ən yaxşı halda islah etmək imkanı var. Lakin özlərini ağıllı hesab edən şəxslər nədənsə İslam dinində olan qanunları deyil, sadəcə bu qaydalara əməl etməyən insanları din kimi cəmiyyətə göstərməyə çalışırlar. Nədənsə bu şəxslər hədəf obyekti olaraq İslam dini və onun ardıllarını götürürlər. Qərbdəki demokratiya və cəmiyyət prinsiplərini xalqımıza örnək seçən bu şəxslər, əhalini sanki əxlaqsızlaşdırmaq və mənəviyyatsızlaşdırmaq prinsipi həyata keçirirlər. Xalqımızın İslam dini ilə olan bağlığını qoparmağa səy göstərən “ağıllı”lar, hədəf olaraq dini qaydaları və dindarları seçiblər.
Maraqlıdır ki, inanclıları “ağılsız”lar kimi göstərməyə çalışan şəxslər yaddan çıxarıb ki, ölkədə dindarların təmsil olunmadığı heç bir elmi, siyasi, ictimai qurum və ya təşkilat mövcud deyil. Bu gün dindar kəsim əhali arasında elə bir hörmət və izzətə nail olub ki, məhz onların bu nailiyyəti “ağıllı”larda qısqanclıq və düşmənçilik yaradıb. Gözünü, dilini və qulağını Allahına həsr etmiş inanlara qarşı düşmən mövqe hər-halda anlaşılan deyil. Bunun birinci izahını qeyd etdim ki, qısqanclıqdan irəli gələ bilər. Digəri isə kimlərinsə marağı və nəyisə naminə bilərəkən, məqsədli şəkildə düşmənçilik etmək və onları aşağılama səy göstərməkdir. Bu mövzu üzərində dayansaq bir çox fondlar, təşkilatlar bir az da irəli getsək ölkələrin adları çəkmək olar ki, məhz buna görə Azərbaycanda İslam dini və dindarlara qarşı böyük və kiçik həcmdə represiyalar həyata keçirilir. Sonda qeyd etmək istəyirəm ki, dinlə, dindarla, Qurani-Kərimlə, Peyğəmbərlə və ən əsası Allahla düşmənçilik etməyin sonu heç də yaxşı qurtarmır.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan