Sabah dünyanın bir çox ölkəsində İslam Peyğəmbəri həzrəti Muhəmmədin (s) sevimli nəvəsi İmam Hüseynin (ə) şəhid olduğu gün böyük təntənə ilə qeyd ediləcək. Hamı qara geyinəcək, məscidlərə axışacaq və “Hüseynim vay” nalələri aləmi bürüyüəcək. Görəsən İmam Hüseyn kimdir ki, ona 14 əsrdir əza saxlanlır? Niyə İslam dünyası ona bu qədər ehtiram göstərir? Və ən əsası Hüseyn (ə) nə edib ki, adı dillərdə əzbər olub? Bu suallara cavab vermək üçün insana Allahın bizə verdiyi ən böyük nemət olan ağıl lazımdır ki, onu da işlədərək uğura imza atmaq olar. Hər bir ağıllı, dərrakəli və məntiqli insan Hüseynin (ə) faciəsini, göstərdiyi şücaəti, əxlaqını, elmini və Kərbəla məktəbini başa düşmək iqtidarındadır. Bunun üçün sadəcə yaranan suallara qərəzsiz cavab tapmaq, araşdırmaq və qəbul etmək gərəkdir. Gəlin əvvəl araşdıraq ki, İmam Hüseyn kim olub və nə edib? Adından da göründüyü kimi Hüseyn İmam idi, müsəlmanların qanuni, mənəvi və dünyəvi rəhbəri sayılırdı. Lakin bəzi insanlar vardır ki, onlar Hüseyn (ə) şəxsiyyyəti qarşısında məğlub olduqları təqdirdə qələbə qazanmaq arzununda idilər. Özləri zülmkar, ədalətsiz, xalqın malını talayan və dinsiz olduqları halda, bu cinayətlərinə İmam Hüseynin beyətini almaqla (razılıq) haqq qazandırmaq istəyidirlər. Təbii ki, İmam Hüseyn bu insanların istəklərini ürəyindəcə qoyub onlarla mübarizəyə qalxdı. Kərbəla faciəsində yəni, İmam Hüseyn və onun tərəfdarlarının qətl yeitirldiyi hadisədə bir çox örnək götürüləsi məqamlar var. İmam Kərbəlada insanlara valideyn-övlad, dostluq, böyük-kiçik, şücaət və zalıma qarşı mübarizə aparmaq mesajları verdi ki, bu gün əksər insanımız bundan istifadə edərək həyatını qurur. Amma bəzi insanlar mövcuddur ki, Hüseyn məhəbbətindən və onun məktəbindan uzaqdır. Onlar bu məktəbdən uzaq düşməklə özlərini çox şeydən məhrum ediblər. Hüseyni (ə) sevmək, ona əza saxlamaq və onun davamçısı olmaq insanı ədalətli, ləyaqətli və şücaətli edər ki, bu gün xalqımzın buna böyük ehtiyacı var. Əgər ölkəmizdə adi vətəndaşdan tutmuş, dövlətin başında duranlara kimi hamı Hüseyni (ə) başa düşsə və onun Kərbəla məktəbindən faydalansa, xalqmızın durumu indikindən xeyli firavan olar. Düşünürəm ki, torpaqlarımızı işğal altından azad etmək və zülmkar Ermənistanı yerində oturtmaq üçün Hüseyn məhəbətti lazımdır. Bu məhəbbət bizə həm də ölkəmizdə insanımızın bir-birinə olan münasibətində gərəkdir ki, vətəndaşlarımız həmrəyliyini bir qədər də artırsın. Hüseyn məhəbbəti bizə narkomaniyanın, əxlaqsızlığın və s. problemlərin həllində yardımçı ola bilər. Belə olan halda niyə də bu məhəbbətdən uzaqda qalaq?
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan