Bu yaxınlarda qonşumuzun oğlu 35 yaşında evləndi: 5 il idi ki, nişanlısı olan qızı sonunda götürüb qaçdı. Bu xəbəri eşidəndə çox təəssüflənmişdim. Əlbəttə, onların evlənməyinə görə yox, imkansızlıq ucbatından qızı qaçırmağına görə. Çünki ata-ananın xeyir-duası ilə, el adəti ilə evdən çıxmaq hər bir qızın arzusudur. Nə isə… Buna da şükür. Çünki sevdiyi qızla imkansızlıq ucbatından elçi göndərə bilməyənlər, hətta bəzən buna görə özlərinə qəsd edənlər də az deyil. Ona görə də, bu gənclərin yaxşı qurtardıqlarını deyə bilərəm. Onların bundan sonrakı taleləri necə olacaq, onu da bir Allah bilir. Əsas odur ki, biz onlara xoşbəxtlik arzulayırıq.
Toyla bağlı maraqlı bir hadisə də Qırğızıstanda baş verib. Belə ki, bir neçə gün öncə Qırğızıstanda kütləvi toy mərasimi keçirilib. Tədbirdə ölkənin az imkanlı ailələrindən onlarla cütlük qatılıb. Bütün xərclər də özlərini tanıtmayan sponsorlar tərəfindən ödənib. Toy xərclərindən əlavə, gəlinlərə qızıl, bəylərə isə gümüşdən nişan üzüyü hədiyyə edilib.
Bu xəbəri hazırlayanda düşündüm ki, nə olardı, bizdə də belə adətlər olaydı. Axı necə olsa bizim də mili, dini keçmişimiz var. Qırğızıstanda sponsorlar özlərini tanıtmayıblar, qoy lap bizdə tanıtsınlar, elə televiziyada da gecə-gündüz versinlər. Hər halda bu, təbliğat da ola bilər.
Elə bunu düşünürdüm ki, xalq artisti Səməd Səmədovla müğənni Nadir Qafarzadənin itlərinə toy edib, it qudası olacaqları, hətta sonuncunun itinə İngiltərədən eksklüziv gəlinlik gətirəcəyi kimi xəbərlə rastlaşdım. Həmin səhifədə «mədəniyyətimizin» digər nümayəndəsi Rəqsanə evlilikdən kənar münasibəti və sevgilisinin hədiyyə elədiyi itlə bağlı müsahibəsi dərc olunmuşdu. Son cümlələrini oxuyanda bilmədim gülüm, yoxsa ağlayım: «(İtin) Atası odur, anası da mən. İsmayılova Tomi Rəqsanə oğlu»…
Deyəcəksiniz ki, müğənnilərin nə elədiklərindən bizə nə? Mən deyim, siz də qiymətləndirin.
Bu yaxınlarda küləkli bir havada “Azərbaycan” Nəşriyyatından çıxıb evə gedirdim. Plaşıma bürünüb, birtəhər metroya çatmaq üçün tələsirdim. Lakin bu an gördüyüm mənzərə mənə elə təsir elədi ki, soyuq-filan yadımdan çıxdı. Təqribən 45-50 yaşlarında qadın əynindəki jaketi çıxardaraq bərk-bərk bürüdüyü küçüyü qucağına götürüb, təngi-nəfəs halda yoxuşu çıxırdı. Məəttəl qaldım. Mən hələ ona nisbətən gənc olsam da, hər dəfə bu yoldan qalxanda bir xeyli çətinlik çəkirəm. Qadın isə güclə nəfəs almağına baxmayaraq, qucağındakını - bəlkə heç ömrü boyu övladını elə qucaqlamayıb - yerə qoymurdu. Bir istədim deyəm ki, ay xanım, bu qucağınızdakı heyvandı, Allah onu fitrətən belə şeylərə güclü yaradıb, amma demədim. Çünki iti atasından belə əziz tutanların belə cavabı mədəniyyət səviyyəsinin alt mərtəbələrində olur. Hətta qorxdum ki, o itə heyvan dediyimə görə qınanım da.
Bir az irəlidə isə soyuqdan büzüşmüş bir lal tərəzinin arxasında durub 10 qəpiyə kimin özünü çəkdirəcəyini gözləyirdi…
Bəli, biz artıq buyuq: Soyuq küçələrdə qucağımızdakı küçüklərə həsədlə baxıb, evsizlərin yanından, «birdən 20 qəpiyimi istəyər», - deyə, tələsik keçən məxluq…
- 04-02-2019 Əgər Allah istəsə...
- 04-09-2018 Hasarlar bizlərdən nələri aldı
- 22-04-2016 “Siçan cənnəti”nin D mərhələsindəyik
- 08-04-2015 Nəfəsi almaq da var, alıb verməmək də …
- 04-02-2014 AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
- 28-10-2013 Kim zəmanət verə bilər?
- 05-07-2013 Atasızlığın yaşı olmurmuş
- 19-12-2012 Mələkdən üstün, ya heyvandan aşağı?
- 17-11-2012 35 yaşında evlənən qonşumuz və it qudaları
- 12-11-2012 Vicdan çırağını təmiz saxlayaq
- 21/09/2012 ŞƏHİD TARİXİN QƏLBİDİR
- 05/06/2012 İNSANLIQDAN MƏXLUQA ÇEVRİLİRİK
- 28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
- 03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR
- 06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ
- 11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!
- 30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
- 22/08/2011 HƏYASIZ HƏYATIMIZ
- 30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI
- 09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...
- 17/04/2010 MÜSİBƏT...
- 13/03/2010 Dilimizə sahib çıxaq
- 27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ
- 25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?
- 08/12/2009 YOXSULLUQ MÖHÜRÜ
- 07/11/2009 SƏDƏQƏ
- 17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ
- 01/10/2009 SON PEŞMANLIQ...
- 12/09/2009 Oruc bala
- 05/09/2009 Ramazan ayının xüsusiyyətləri
- 18/07/2009 Gəncliyimiz - gələcəyimiz
- 04/07/2009 Keçmişdən ibrət almayan...
- 20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!
- 30/05/2009 Tətili təhsillə bəzəyək
- 22/05/2009 Kimə deyim dərdimi...