Bu günlərdə Nobel mükafatı üzrə bütün qaliblərin adları məlum oldu. Bu dəfə Nobel Sülh Mükafatı maliyyə böhranında boğulan Avropa Parlamentinin sədri Martin Şultsa təqdim edildi. Düzünü desəm, Nobel mükafatları təqdim edilən zaman ağlıma bir ideya gəlib ki, istəyirəm bunu sizinlə bölüşüm. Fikirləşdim ki, əgər Nobel mükafatının İdarə Heyətində olsaydım, mükafatlar sırasına yeni nominasiya əlavə edərdim. İndi hamı sual edəcək ki, məgər Nobelin iqtisadiyyat, ədəbiyyat, kimya, fizika və s. sahələri azlıq edir? Cavab isə qısa və aydındır: artıq Azərbaycan mühitini nəzərə alaraq, Nobelin mükafatlar sırasına yeni sahənin əlavə olunması zərurətdir. Yeni əlavə olunacaq sahə isə təbii ki, Nobel Qoyun Mükafatıdır. Çünki nəzərə alsaq ki, gələn həftə dünya ölkələrində olduğu kimi Azərbaycanda da əhalinin böyük təbəqəsi müqəddəs Qurban bayramını qeyd edəcək, onda hər il olduğu kimi yenə qoyun, quzu, qoç və inəklərin hüquq müdafiəçilərinin peyda olacağını təxmin etmək çətin deyil. Ona görə də hər il sadəcə Qurban bayramında yadına qoyun hüquqlarını qorumaq düşən şəxsləri düşünərək, onlara Nobel Qoyun Mükafatının verilməsini təklif edirəm. Çünki hər necə olsa da, belələri bütün il boyu basıb ət yeyəndə sakit oturmalarına baxmayaraq, Müqəddəs Qurban Bayramında, yəni ildə bir dəfə qoyun-quzu hüquqlarının müdafiəsi ilə məşğul olurlar. Maraqlıdır ki, hər il iyrənc və elmi əsaslara söykənməyən şəkildə Qurban bayramı əleyhinə kampaniya aparan bu şəxslər, özlərini təbiət müdafiəçiləri, insanpərvərlər və “elm” sahibləri kimi təqdim edirlər. Allah-təalanın insanlara rəhmət olaraq göndəridiyi bayrama qarşı çıxan qoyunsevərlər, heyvanların qurban kəsilərək insanlara paylanmasına etiraz edirlər. Etirazları isə budur ki, niyə bu günahsız, yazıq və məzlum heyvanları kəsirsiz? Bu məsələləri diqqətlə izlədikdə dini inanclara qarşı yönələn təzyiqlərin və hücumların arxasında başqa nələrinsə və kimlərinsə durduğunu görmək çox asandır. Çünki keçirilməsi insanların sosial rifahının artırılmasına yönələn bu bayarama qarşı çıxmaq, sadəcə ağılsızlıq və məntiqsizlikdir. Ya da buna ruslar demişkən “zakaz” adı vermək olar, yəni İslam dini əleyhinə aparılan kampaniyalarda nəyinsə müqabilində canfəşanlıq etmək. Sonda inanclılardan tutmuş ateistlərə kimi, müxalifətdən tutmuş iqtidara qədər olan hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Uca Allahdan hər bir qrup üçün bağışlanmaq və rəhmət diləyirəm. Xalqımıza bir-birinə qarşı mərhəmətli olmağı diləyirəm.
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan