ŞƏHİD TARİXİN QƏLBİDİR
60 illik yubileyini zindanda qarşılayan Hacı Vaqif Abdullayev
yeddinci onilliyin ilk ilini daha müqəddəs məkanda qeyd elədi
"Mən bundan sonra uzağı iki il yaşayacaqdım, nə yaxşı ki,
ömrümün qalanını da Allah yolunda sərf etdim"
(Mərhumun dediklərindən)
"Şəhid tarixin qəlbidir". Bu sözlər dahi mütəfəkkir Əli Şəriətiyə aiddir. Yazımı belə dəyərli kəlamlarla başlamağımın səbəbi tarixin qəlbinə çevrilən ilk hicab şəhidi Hacı Vaqifin doğum günü ilə əlaqədardır.
Bəli, Vaqif Abdullayev həqiqətən tarixin həm dili oldu, həm ürəyi. Təkcə bu adı çəkmək kifayətdir ki, ötən bir neçə ildə müsəlmanların başlarına gətirilən müsibətləri xatırlayasan.
Həmin faciələrin içində Allahın yaratdığı kainatda "yer tapılmadığından" sökülən məscidlər, kəsilən azan səsləri, başlarında hicab olduğu üçün məktəbə buraxılmayan şagirdlərin göz yaşı, geyimində İslami qaydalara uyduğu üçün dərs soruşulmayan və bununla da psixoloji təzyiqlərə məruz qalan tələbələrin haqq səsi, təsəttürünə görə işə götürülməyən xanımların qəzəbi var.
Hacı Vaqif bu ədalətsizliyi göz yuma bilmədi. Ömrünün ahıl çağının olmasına baxmayaraq, Allahın kəlamının ayaqlar altına alınmasına dözmədi, haqq səsini ucaltdı. Onu sındırmaq istədilər. Həbsə atdılar. 60 yaşını orda qeyd etdi. Sınmadı. Şahidi belə, olmadığı halda onun üçün ömürlük həbsə bərabər 11 il iş verdilər, yenə sınmadı. Hər zaman məhkəmələrdə dəmir barmaqlıqlar ardından ailəsinə dözüm, səbr iradə eləməsini tapşırdı, nəvələrini oynatdı: "Mən lap yaxşıyam. Narahat olmayın", -dedi. Əslində heç də yaxşı deyildi. Səhhətində bir sıra problemlər var idi. Buna görə dəfələrlə müalicə də almışdı. Amma özünü tox tuturdu.
Onu sındırmaq üçün astma xəstəsi olduğunu billə-bilə küləklərin tüğyan elədiyi Qobustana yolladılar. Vəziyyəti lap ağırlaşanda şəhərə gətirdilər. Amma son vəsiyyətini etmək üçün balalarını yanına buraxmadılar. Ondan beləcə intiqam almaq istədilər...
Amma Allahı unutduqları üçün bir şeyi anlamadılar. Yaradan hər şeyə qadirdir. Cismani şəkildə bizimlə, ailəsi ilə görüşə bilmədi. Amma yuxumuza gəldi. Qabağındakı masada cürbəcür nemətlərdən yeyərək, bizimlə şad-xürrəm söhbət elədi. Yerinin lap yaxşı olduğunu dedi və bildirdi ki, bundan sonra uzağı bir neçə il yaşayacaqdı, onu da Allah yolunda sərf etdiyi üçün şaddır.
Burada bir məsələni qeyd etmək yerinə düşərdi. Bu yaxınlarda internet saytlarının birində Evrovision mahnı müsabiqəsinə kəskin etiraz etdiyi üçün fevral ayının 17-də həbs olunan Cəlilabad rayon sakini, ruhani Hacı İlqar Əliyevin məktubunu oxudum. Məktubda deyilirdi: "Mən Hacı Vaqiflə son dəfə may ayının 12-də Kürdəxanı təcridxanasında gorüşdüm. Biz Seyid Fəraməzin imaməti ilə, Hacı Mövsüm, Ruhullah, Dəyanət və digər dustaqlarla birlikdə cəm namazı qıldıq. Ömrümün ən gözəl namazını zindanda qıldım. Namazı qurtarandan sonra Hacı Vaqif mənim alnımdan öpüb dedi: "Mən bundan sonra bəlkə də uzağı 2 il yaşayacaqdım. Nə yaxşı oldu ki, bu 2 il ömrümü Allah yolunda sərf etdim"".
Yuxarıdakı iki hadisəni qarşılaşdıranda, əslində bunun bizə göndərilmiş mesaj olduğunu anladım. Bəli, atam son anına qədər Allahın dini uğrunda mübarizə apardı və bu yolda şəhid oldu. O, indi cismani şəkildə yanımızdan ayrılsa da, əbədi dünyada bizləri gözləyir. Həqiqətən də "Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəkləriə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər" ("Ali-İmran", 169 - 171).
Şərhlər
Ali tərəfindən 21-09-2012 14:30:56 tarixində yazıldı |
"ŞəhidÉ™ ÅŸahid lazım deyil"(İmam Hüseyn Ælihessalam) |
Metleb EHmedov tərəfindən 22-09-2012 09:11:56 tarixində yazıldı |
Allahin salami ve salavati olsun Peygemebr ve Ali Peygembere. |
Salamun aleykum. Bacim bu gozel meqalenize gre Allah sizden razi olsun heqiqetende oxuduqca gozlerim doldu. Allah HAci Vaqif agamiza Rehmet elesin ve bizleri o agamiz kimi Hicabin azadligi ugrunda Sehid olanlardan qerar versin. Allah butun Zindandaki Hicab azadligi ugrunda iceri dusen qardaslarimizin qapilarini acsin. Allah islamin dusmenlerine lenet elesin. o Keslerki mominlere eziyyet edirler Allah onlari ilk novbede hidayet elesin eger hidayetden keciblerse oz Serlerine ducar elesin. Rebbimiz gozumuzun nuru Imam Zaman (e.f.s)-in mubarek Zuhurunu tezlesdirsin ve bizlerin eli ile bu hicab problemini Azerbaycanda hell elesin. Amin . Vessalamun aleykum Rehmetullahi ve Bereketuh.. |
Bölmənin digər xəbərləri
- 04-02-2019 Əgər Allah istəsə...
- 04-09-2018 Hasarlar bizlərdən nələri aldı
- 22-04-2016 “Siçan cənnəti”nin D mərhələsindəyik
- 08-04-2015 Nəfəsi almaq da var, alıb verməmək də …
- 04-02-2014 AZƏRBAYCAN SÜRƏTLƏ QOCALIR
- 28-10-2013 Kim zəmanət verə bilər?
- 05-07-2013 Atasızlığın yaşı olmurmuş
- 19-12-2012 Mələkdən üstün, ya heyvandan aşağı?
- 17-11-2012 35 yaşında evlənən qonşumuz və it qudaları
- 12-11-2012 Vicdan çırağını təmiz saxlayaq
- 21/09/2012 ŞƏHİD TARİXİN QƏLBİDİR
- 05/06/2012 İNSANLIQDAN MƏXLUQA ÇEVRİLİRİK
- 28/04/2012 AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
- 03/04/2012 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNƏNLƏR
- 06/03/2012 UŞAQLARIMIZDA "QADAĞAN OLUNMUŞ MEYVƏ" SİNDROMU YARATMAYAQ
- 11/02/2012 İNDİ ADAMLARI HƏYAT ÖLDÜRÜR!!!
- 30/11/2011 "İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
- 22/08/2011 HƏYASIZ HƏYATIMIZ
- 30/10/2010 PARLAMENT SEÇKİLƏRİNİN YALANÇI HACILARI
- 09/08/2010 BİR GENERALIN OĞLU ÖLSƏ...
- 17/04/2010 MÜSİBƏT...
- 13/03/2010 Dilimizə sahib çıxaq
- 27/02/2010 YARADANIN NEMƏTLƏRİNƏ QARŞI NANKORLUQ
- 25/01/2010 DÜRÜST OLA BİLİRİKMİ?
- 08/12/2009 YOXSULLUQ MÖHÜRÜ
- 07/11/2009 SƏDƏQƏ
- 17/10/2009 HƏSƏD VƏ KİNİN ZƏRƏRLƏRİ
- 01/10/2009 SON PEŞMANLIQ...
- 12/09/2009 Oruc bala
- 05/09/2009 Ramazan ayının xüsusiyyətləri
- 18/07/2009 Gəncliyimiz - gələcəyimiz
- 04/07/2009 Keçmişdən ibrət almayan...
- 20/06/2009 Müsəlmanların eyiblərini araşdırmayın!
- 30/05/2009 Tətili təhsillə bəzəyək
- 22/05/2009 Kimə deyim dərdimi...