SƏSİNİZ GƏLSİN!
Azərbaycan ordusunun mərd, xalqımızın igid oğlu Ramil Səfərovun Azərbaycana ekstradisiyası nə qədər sevindirici olsa da, onun azadlığa çıxması ilə bağlı cəmiyyətdə kifayət qədər fikir ayrılığı mövcuddur. Ölkənin iqtidar və müxalifyönlü vətəndaşları Ramil Səfərovu həm tənqid atəşinə tutub, həm də böyük ehtiramla qarşılayıb. Mayor Səfərovun azadlığa çıxmazdan öncə vətənpərvər və cəsur olmasında fikir ayrılığı mövcud deyildisə, ölkəsinə qədəm qoymuş zabitimiz dərhal tənqid atəşinə tutuldu. Tənqidlər çox oldu. Onların arasında "baş əymə", "iqtidarla həmfikir olma" və "cani" kimi təqdim edilmə əsas predmetlərdəndir. Bəzi iradların qəbul isə, sadəcə mümkünsüzdür. Maraqlısı isə budur ki, iradlar, ABŞ-ın Azərbaycanı Ramil Səfərovun azadlığa buraxmasını tənqid etməsindən sonra başlayıb. Bir növ belə təəssürat oyandı ki, bəzi jurnalistlər, siyasilər və gənclər sanki ABŞ maraqlarına uyğun olaraq Ramil Səfərova məhəbbət və nifrət bəsləyirlər. Elə bil Amerika konqresmenləri və ya senatları Ramil Səfərovun ekstradisiyasını müsbət qarşılasaydı və buna heç bir etiraz etməsəydi, onda həmin vətəndaşlar da keçmiş leytenantımızın vətənə qayıtmasında problem görməyəcəkdi. Amma ABŞ-ın erməniprəsət və işğalçıları dəstəkləmək siyasəti onu göstərdi ki, rəsmi Bakıya Ramil Səforovla bağlı müəyyən təzyiqlər var. Düzdür, bu təzyiqlər geniş və irimiqyaslı olmasa da, hər halda ABŞ erməni zabitini o dünyalıq etmiş Ramilin vətənimizə qayıtmasından narahatdır. Bu narahatlığı bir neçə halla əlaqələndirmək olar. Birincisi, ABŞ digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da vətənpərvər ruhiyyənin yaranmasını istəmir, ikincisi isə daima gərginlik yaratmaqla dövlət başçılarına təzyiq edən Ağ Ev, Azərbaycanı idarə etmək istəyir.
Bir məsələni də qeyd etmək istərdim ki, Vladimir Putinə etiraz etdiyi üçün 2 il azadlıqdan məhrum edilmiş "Pussy Riot" rok qrupunun üzvlərinin - hansı ki, onların həbsini ABŞ da rəsmi şəkildə pisləyir - azadlığa çıxmasını istəyən vətənpərvər gənclər ötən gün Rusiyanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirmişdi. Bu ilk belə aksiya deyil. Maraqlıdır, indi o gənclər və ya təşkilatlar haradadır? Niyə Ramil Səfərovun ekstradisiyasını tənqid edən ABŞ və Qərb dünyasına etiraz etmirlər? Niyə Amerikanın ölkəmizdəki səfirliyi qarşısına etiraz aksiyası keçirərək, Ağ Ev rəhbərliyini tənqid etmirlər?
Ağlıma bir neçə ideya da gəlir ki, bunu dilə gətirmək bir az etik olmayacaq. Bəlkə də kimlərsə hansısa ölkənin nəyisə çıxacaq, ona görə bu mövzunu elə burada dayandırmaq istəyirəm. Lakin sonda gənclərimizə çağırış etmək istəyirəm ki, bu vətəni qorumaq bizim müqəddəs borcumuzdur. Gəlin canımız çıxsa belə, səsimizi çıxaraq!

Bölmənin digər xəbərləri
- 14-05-2019 İşğal altında olan ən qədim və müqəddəs şəhər – Qüds
- 21-09-2018 Möcüzəli “onuncu gün”
- 15-05-2018 Dinamik inkişafın savadsız şagirdləri
- 25-04-2018 Kəndli şəhərə gəlməsin, şəhərli kəndə getməsin?
- 10-02-2018 Quran bizi meymuna yox, insana çevirmək üçün gəlib
- 23-11-2017 3 oyuna 3 qırmızı vərəqə almış qəhrəman `Qarabağ`
- 13-10-2015 Rusiya Əfqanıstandakı məğlubiyyətin intiqamını Amerikadan alır
- 05-10-2015 5 oktyabr - Müqəddəs insanların bayramı
- 06-01-2014 “Ölürəm ay yetim!”
- 08-11-2013 İngiltərədən Azərbaycana Məhərrəmlik dərsi
- 05-10-2013 Bəlkə siz də "Mister Bin" olasınız?
- 18-12-2012 “Ağıllı”lar “ağılsız”lara irad tutur
- 18-12-2012 Mavi dalğalar
- 27-11-2012 Hüseyni (ə) sevək
- 29-10-2012 Azad Mətbuat axtarışında
- 19-10-2012 Nobel Qoyun Mükafatı
- 06/10/2012 HİCABA HÖRMƏT EDƏK
- 27/09/2012 "TÜPÜRÜM SİYASƏTƏ"
- 04/09/2012 SƏSİNİZ GƏLSİN!
- 28/08/2012 RAMİLİ AZAD EDİRLƏR?
- 26/07/2012 BƏLKƏ ŞƏHƏRİMİZ ORUC TUTSUN?
- 03/05/2011 TƏCAVÜZ, XƏYANƏT, BOŞANMA...
- 13/12/2010 BƏSDİR DƏ, QARI NƏNƏ
- 30/10/2010 İRAQDA GÖRDÜKLƏRİM
- 04/09/2010 YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
- 24/06/2010 Azadlıq radiosunun siğə maxenasiyası
- 28/04/2010 Unutqan yəhudilər BİLSİN!
- 18/03/2010 ERGENEKONÇUYA CAVAB
- 26/01/2010 DEBAT HƏSRƏTİNDƏ OLAN TALEH...
- 09/01/2010 10 milyon dollarlıq cinayət
- 26/11/2009 QURBAN BAYRAMINDA YENİ "QURBAN"
- 14/11/2009 Uşaqpulu yoxsa, Arayışpulu?
- 05/11/2009 MƏNƏVİYYATSIZ QƏRAR
- 26/09/2009 Azərbaycan təhsili bu gün
- 25/08/2009 Efirsiz Ramazan