Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

07 Avqust

2012
2076
MÜHARİBƏDƏ ƏVVƏLCƏ HƏQİQƏT ÖLDÜRÜLÜR

İşimiz elədir ki, hər gün yüzlərlə xəbəri gözdən keçirmək məcburiyyətindəyik. Bir ciddi xəbəri bir deyil, bir neçə mənbədən dəqiqləşdirmək məcburiyyətindəyik. Gündəm mövzusu isə təbii ki, Suriyadır. Demək olar ki, dünyanın bütün informasiya agentlikləri və xəbər saytları bu ölkədən olan məlumatları qırmızı rənglə verirlər. Amma necə?

Gəlin birlikdə baxaq. Bugünkü Azərbaycan mediasına baxanda görürük ki, heç kəs hadisələrə kənardan baxmır. Mediamız yazır ki, "Suriya müxalifəti Bəşər Əsəd rejiminin ordusunu Hələbdən çıxardı, nəzarəti ələ keçirdi." Və sabah həmin xəbər bir başqa variantda oxuculara təqdim edilir. Məsələn belə: "Hələb şəhərində Azad Suriya Ordusu ilə Bəşər Əsəd rejiminin ordusu arasında qızğın döyüşlər gedir".

Suriya mediası isə tamam başqa şey yazır: "Terrorçular Hələb şəhərində sıxışdırılıb. Yüzlərlə terrorçu zərərsizləşdirilib və ya əsir götürülüb".

Və ya başqa xəbər başlıqları: "Əsəd rejiminin bir neçə generalı qaçdı", "Yüzlərlə Əsəd əsgəri müxalifətin tərəfinə keçdi", "Türkiyə-Suriya sərhədində nəzarət-buraxılış məntəqəsi müxalifətin əlinə keçdi", "Əsəd ordusu Suriya şəhərlərini top atəşinə tutur", "Əsəd rejiminə son zərbəni vurmaq üçün müxalifət ciddi hazırlaşır".

İstəsəm bu siyahını daha da uzada bilərəm. Amma bunları əlavə etmək çox da mənalı deyil. Bunlar kifayət edər.

Bu aydın.

Bəs həqiqət nədir?

Sizə elə gəlmirmi ki, qədim atalar sözü olan "Müharibədə əvvəlcə həqiqət öldürülür" deyimi burada yerinə düşür?
Bəs öldürülən təkcə həqiqətdirmi?

Məncə yox. O müharibədə hər iki tərəfdən yüzlərlə, bəlkə də minlərlə öldürülənlər var. Haqq və ya nahaq. Amma gəlin görək biz buradan hadisələri necə görürük və ya necə görmək istəyirik. Şəxsən mənimçün maraqlıdır. Niyə əksəriyyət Azərbaycan mediasında Suriya ilə bağlı eyni xəbərlər demək olar ki, eyni başlıqla verilir, özü də eyni mənbəyə istinadən? Amma Birmadakı 50 mindən artıq müsəlmanın qətliamına, diri-diri yandırılmasına susuqundurlar və ya bir kiçik köşədə 3-4 cümləlik xəbər verilir. Əsəd diktator adlandırılır, insan hüquqlarını pozan kimi təqdim edilir, amma Əsədin qonşuluğunda yerləşən İraqda müsəlmanların qətlə yetirilməsinə birbaşa təlimat vermiş vitse-prezident Tarik Əl-Haşimi barədə susulur və bu cür terror aktlarını törətmiş bir şəxsə rəsmi sığınacaq vermiş Türkiyə hökuməti demokratiya tərəfdarı kimi göstərilir. Və yaxud da dünyaya terrorçu ixrac edən Səudiyyə Ərərbistanının əsl diktator şeyxləri barədə görməzlik nümayiş etdirilir. Niyə heç kəs demir ki, dünyada terror adında müsəlmanların ayağına yazılan aktların hamısının arxasından vəhabilər çıxır və ya bu vəhabiləri birbaşa maliyyələşdirən məhz Səudiyyə Ərəbistanı və onun krallarıdır?

Bu niyələrin cavabı özümdə var. Və o cavab belədir ki, Azərbaycanın aparıcı mediasının patronları bu cür qlobal əhəmiyyət daşıyan hadisələrdən qabaq çağırılır və onlara deyilir ki, Əsəd diktatordur, Əsədlə döyüşən əli silahlı şəxslər əslində dinc müxalifətçilərdir, terror aktı törədənləri də görmürsüz, və ya öldürülən insanları Əsədin ayağına yazırsız. Qısası, müharibədə əvvəlcə həqiqəti öldürürsünüz. Onsuz da heç kim sizə sual etməyəcək ki, bu müxalifət dediyiniz bir neçə min insan bu qədər odlu silahı haradan aldı? Bu müxalifət deyilən şəxslərin niyə böyük əksəriyyəti vəhabilər kimi uzun saqqala malikdir və çəkiliş aparılanda "Allahu Əkbər" qışqırırlar?

Və bu qəti buyruq patronlar tərəfindən eyni şəkildə jurnalistlərə çatdırıldı və dərhal tətbiq edildi.

Bir də yadıma düşmüşkən, ötən ilin sonlarından cari ilin əvvəlinədək Amerikada başlayan "Wall Streeti işğal et!" aksiyaları zamanı aparıcı medianın patronlarından ikisinə müraciət etdik ki, bu aksiyalar barədə sizin qəzetin səhifələrin heç bir xəbərə rast gəlmirik. Niyə? Cavabları belə oldu, özü də hər ikisinin: "Biz müstəqil media orqanıyıq. Özümüz bilərik hansı xəbəri verərək, hansını yox."

İndi lütfən yazının əvvəlinə qayıdın və o iki xəbəri bir daha oxuyun: "... Suriya müxalifəti Bəşər Əsəd rejiminin ordusunu Hələbdən çıxardı, nəzarəti ələ keçirdi... Terrorçular Hələb şəhərində sıxışdırılıb. Yüzlərlə terrorçu zərərsizləşdirilib və ya əsir götürülüb."

Görürsünüzmü, Qərb müharibəni təkcə Suriyada deyil, elə Azərbaycanda da aparır. İlk vurulan isə yalnız həqiqət deyil.

Müharibədə vicdan da vurulur və kor olur...

Şərhlər
dilaver tərəfindən 09-08-2012 13:43:27 tarixində yazıldı
Kohne hamam, kohne tas!
Yazinin basligini oxuyan kimi o saat yazida Turkiye dusmencilyi qoxusunun geldiyini hiss etdim ve yanilmadim. Bir de ki, vehabi ummetin dusmenidir suari. Aqil bey kecen defe bir serh yazdim belkede demek istediyimi orda aciq gostermemisem. Suriya meselesidir, Iraq meselesidir, Behreyin meselesidir bunlara munasibet bildirmek ucun gerek Iran propaqandasinin tesirinden cixasan. Burda qorxulacaq bir sey yoxdur. Turkiyeden, Seudiyyeden danismazdan evvel her seyi bir kenara qoyub basda"Seher" kanali olmaqla, İranin maliyelesdirdiyi ereb kanallarına da baxmaginizi tovsiye ederdim. "Dünyada terror adında müsəlmanların ayağına yazılan aktların hamısının arxasından vəhabilər çıxır". Bu cumleni oxuyub da gulmemek mumkun deyil. Bunu oxuyandan sonra Corc Busu, Kofi Annan ve basqa seytana qulluq edenlerin mesum oldugu fikri meni culgaladi. Ancaq yene da Allah seytana lenet etsin. İran ve İran zehniyyetli insanlar cox gozel bilirler ki, Suriya -Şam bolgesi bu ummetin sah damaridir. Ora getdise, İran demek olar ki, onsuzda zeifleyen ideologiyasina elvida demeli olacaq. Behreyin meselesinde bunu aciq aydin sahidi olduq. Ele orda milletin qana boyandigini, oradaki haqq sesini yalniz İran kanallarinin üze cixardigini hayqiran İran kanallarinin-basda Seher olmaqla- yalanları da bir biri uze cixdi. Yeni fikirlesmek bu qeder cetindir ki, Misir inqilabina destek veren İran -teqiyyeni de unutmayaq- nece oldu ki, Suriyada xalqi terrorcu adlandirmaga basladi. Hetta dunen deyerler saytindan Hesen Nesrullahin "muxalifetciler" sozu mene qeribe geldi. Deyerler ve sizin saytiniz roda vurusanlari terrorcu adlandirdigi halda, dunen İlqar İbrahimoglunu saytindan bu terrorcu sozü birden bire "muxalifetci" ile evez olundu? Bir de Aqil bey, bunu qebul edin-artiq tek qalan İran bir is gormelidir. Bunun ucun sizin beyenmediyiniz O Turkiyenin etyinden yapismalidir, eger İslam teessubu varsa-sie teessubu demirem ha- bunu etmelidir.Ancaq buna inanmiram cunki Sefevi zehniyyeti hele de Oslamnliya kin qusur ve dunyada Osmanli edaletine mohtacdir. Bu edalet dunyaya yeniden gelmedikce, Osmanlinin vaxti ile hakimlik edib İslami yasatdigi bolgelerde qan bogaza cixacaq. Allahdan bu zehniyyetle dunaydan getmemeyimizi arzulayaq.
huseyin tərəfindən 09-08-2012 14:12:17 tarixində yazıldı
cefengiyat
imperialist guclerin dunyadaki rolu danilmazdir ama suriyada muselman olmayan (nuseyriler muselman deyiller bunu siede sunni de yaxsi bilir) birini, milletin anasini agladan birini bele canfesanliqla mudafie etmek sadece cefengiyatdir. beser orda sielerin uzune gulur, iranla arasi yaxsidir dolayisi ile de iran ve qolubeyleri var gucleri ile onu mudafie edirler. adam etiraz eden telebeleri xestexanya yigib yandirib ne bilim hansi suriya vetendasi sesini yukseldir sorgu sualsiz olduru budur mu beserin edaleti. bir bir qacan nazirler generallar da mi terroristdirler. terrorist idilerse niye esed onlari bas nazir seviyyesine qeder getirib cixarib. butun bunlar bilirsiz nedir agin qaradan secilmesi. burda azerbaycanda da kimin kime qullug etmesini gosterern faktor. xususen de irana qulluq eden bezi dindarlar oz renklerini gosterirler.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 19:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru