Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

02 Avqust

2012
795
`SƏNİ AXTARIRAM` VERİLİŞİ VASİTƏSİYLƏ TOPLANAN OLİMPİYAÇILARIMIZ

Bilmirəm gördüklərimə nə deyim, nə yazım? İnanın ki, ölkədə idmanın inkişafından bol-bol danışan gənclər və idman nazirimizin sözlərinə az da olsa şübhə etmirdim, amma gördüklərim ona olan inamımı dərənin dibinə diyirlətdi.

Hər şeyi başa düşmək olar. Ölkənin inkişaf etdiyini, büdcəsinin ilbəil artdığını, müdafiə sisteminin gücləndiyini, Neft Fondunun gəlirlərinin artdığını, yeni körpülərin salındığını, yolların pul bolluğundan ildə bir neçə dəfə dağıdılıb yenidən çəkildiyini, şəhərin gözəlləşdiyini, metroda insanların havasızlıqdan bayıldığını, Nəqliyyat Nazirliyinin marşrutlara yeni və iri tutumlu avtobusları buraxaraq sərnişinlərə xidməti artırdığını, amma nazirlik rəsmisinin avtobuslarda kondisionerlərin qoşularsa insanların səhhətinə mənfi təsir edəcəyini, "badımcan" taksilərində heç bir xidmətin olmadığı halda, yolpulundan əlavə 1 manat xidmət haqqı alınmağını,  "Azərsu"nun qarası hələ getməmiş asfaltı qazıb kanalizasiya borusu basdırmağını, 1 milyard dollar xərclə Qəbələdən Bakıya çəkilərək şəhəri fasiləsiz içməli su ilə təmin ediləcəyi söylənilsə də, hələ də Bakının əksər hissəsində suyun fasilələrlə verilməsini, milyonlarla pul xərclənsə də, hələ də işləməyən intellektual idarəetmə sistemini, Kəmaləddin müəllimin helikopterlərinin suyu yanğının üstünə deyil, kənara boşaltmağını, kartofun Cəlilabadda 8 qəpiyə, Bakıda 70 qəpiyə olmağını, buğdanın kilosunun 20 qəpiyə, qarışıq undan hazırlanmış çörəyin 300 qramının 30 qəpiyə olmasını, Azərbaycanda Aİ-98 markalı benzinin 1.50 AZN, Ermənistanda isə 0.88 AZN olmasını, bizdə ən keyfiyyətsiz kağızda vurulmuş 16 səhifəlik ağ-qara qəzetin qiymətinin 0.40 AZN, xarici ölkələrdə isə yüksək keyfiyyətli kağızda və rəngli qəzet 0.25 AZN olmasını, xalqın intellektual verilişlərə deyil, kimin-kiminlə küsülü olmasından, bozbaşı necə bişirməkdən, hansı müğənninin nə vaxt dünyaya uşaq gətirəcəyindən danışan səviyyəsiz proqramlara baxmağını, Milli Qəhrəmanlarına deyil, kino qəhrəmanlarına özlərini oxşatmağını, hərənin öz ofisinin qabağındakı yolun kənarını dədəsinin malı kimi çəpərləyib orada maşın saxlamağa qoymamasını, dövlətdə içməli suyun tonunun qiymətinin 0.30 AZN, plastik qabdakı suyun 0.5 litrinin də 0.30 AZN-ə olmasını və sair. Amma mən bir şeyi başa düşə bilmirəm. Niyə Azərbaycanı Olimpiya oyunlarında təmsil edən 53 idmançının az qala yarısı əcnəbidir? Təsəvvür edirsiniz, Azərbaycanı 5000 metr məsafəyə qaçışda təmsil edən qadının adı Layesdir, soyadı isə Abdullayeva, özü də Əddis-Əbəbədə doğulub.

Cənab Azad Rəhimov, bəlkə deyəsiz görək, finiş xəttinə çata bilməyən Yelena Çalıx nə vaxtdan Azərbaycan vətəndaşı olub ki, o da heç olmasa aldığı pulun müqabilində üstündə bayrağımız həkk olunmuş formanın şərəfini qoruya?

Şəxsən mən olimpiya oyunlarında çıxış edən Azərbaycan "vətəndaşları"nın nə vaxtsa "Səni axtarıram" verilişinə çıxıb atasını axtardığını görməmişəm. Ola bilsin ki, qaçırdığım veriliş var. Bu barədə məlumatı olan varsa xahiş edirəm şərh bölməsinə yazsın, həmin verilişin videosunu tapıb baxım.

Olimpiyada iştirak edən və adlarını müəyyənləşdirə bildiyim əcnəbilərimiz:

Valentin Xristov
Soltan Migitinov
Aleksandr Aleksandrov
Yelena Çalıx
Boyanka Kostova
Xetaq Qazyumov
Camaləddin Maqomedov
Mariya Stadnik
Yuliya Ratkeviç
Şalva Qadabadze
Saman Tahmasebi
Yelena Vıstropova
İvan Stoitsov
Veliçko Çolakov
Dmitri Marşin
Hayle İbrahimov
Layeş Abdullayeva
Sergey Bezuqlıy
Yevgeni Lazuka

Şərhlər
dilaver tərəfindən 02-08-2012 22:04:39 tarixində yazıldı
)
İdmancının idmancı suuru ve exlaqi olar. Kecen il ev esik bag bagat, 400 min avro mukafat alan dirnaqarasi vetenperver idmancilarin heqiqi uzu gorsendi. Ona gore de bunlari yazib eseb kecirmekdense, basqa seylerden yazmaq daha maraqli ve faydali olar.
Reyqan Abdulla tərəfindən 04-08-2012 21:13:44 tarixində yazıldı
Duppeduz
Aqil Mehdi bəyin fikirləri ilə tam razıyam.Həqiqətəndə mən həmin siyahıda yerli ada rast gəlmədim.necə də düzgün dediniz.Aqil bəy əmin olun mən xoşqədəmin bütün verlişlərinə baxmışam.orda dədəsini axtaran olimpiya iştirakçısını görməmişəm.Fikirləriniz arasında ən çox mənə ləzzət edəni televiziya kanallarında gedən verilişlər haqqında oldu.həmin verilişlər ancaq qarın otarmaqdan ibarətdir.nə isə bu barədə facebookda çox demişəm.sizə uğurlar diləyirəm.yeni yazılarınızı gözləyirik
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 21:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru